Şənbə , Aprel 20 2024
azfa

Nizami türkcə düşünüb, farsca yazan dahidir

GADTB: Nizami Gəncəvi: “Mən Gəncəliyəm, İraq məndən çox uzaqdadır”

Azərbaycan klassik ədəbiyyatının zirvələrindən biri Nizami Gəncəvinin yaradıcılığı bütün zamanlarda bəşəri mahiyyət kəsb edib. Ona görə ki, hər şeydən əvvəl o, xəlqidir. Nizami haqqında heç zaman keçmiş zamanda danışmaq olmur. Onu bizdən ayıran illər bu nəhəng bədiiyyat ustasının qədimliyə varmasının və əbədi sabahda qalmasının sübutu olur. Milli və mənəvi dəyərlərimizi, türk ruhunun özünəqədərki soraqlarını əsərlərində sevgiylə ifadə edən Nizami bu səbəbdən həmişəyaşardır.

Bizi inkar edənlərin əsl sirri nədir..

Nizaminin farslaşdırılması cəhdi həmişə olub. Başdan-binadan ruhu türklükdən soraq verən şairimizin farsca yazmasını əsas gətirərək onun milliyyətcə fars olmasını iddia etmək gülünc bir işdir. Böyük şairimizin farsca yazması kədərli, acı bir reallıqdır. Fars şorvinizminin ardıcıl olaraq Nizamini özününküləşdirmək cəhdi bizi ciddi düşünməyə məcbur edir. Nizami dünya miqyasında zəngin irsi elmi araşdırmalara cəlb edilmiş şairdir. Onun zəngin irsi  özünəqədərki tarixə, insanın halına bələdliyi, daim fəlsəfi fikirlər söyləməsi araşdırıcıları heyran edib. Bu, bir daha onu sübut edir ki, türk fəlsəfi fikri həmişə daha çox şeirlə deyilib.

Orta əsr Şərq şeir dili sayılan fars dili təbiidir ki, Nizami kimi böyük söz ustadından yan keçə bilməzdi. Şair bu ənənəyə sadiq qalaraq “Xəmsə”sini fars dilində yazıb, ancaq türk olduğunu unutmayıb. Nizaminin türk olduğunu sübut edən akademik Həmid Araslının böyük xidmətləri var. Ötən yüzilin 40-cı illərindən Nizami  haqqında ilk elmi izahları verən Həmid Araslı (“Nizami Gəncəvi” 1947, “Azərbaycan ədəbiyyatı: tarixi və problemləri”, 1948, “Şərqdə Leyli və Məcnun əsərləri və Nizami”, 1940, “Nizami əsərlərində el variantları”, 1940, “Nizami və Azərbaycan xalq ədəbiyyatı”,  1947, “Nizami və Vətən”, 1948, “Şairin həyatı” ,1967, “Nizami Gəncəvi və “Sirlər xəzinəsi”, 1981, “Nizami Gəncəvi və qadın obrazları”, 1939, “Nizamidə xalq sözləri və xalq ifadələri”) kimi fundamental elmi əsərlərində “Nizami və türklük” məsələlərinə xüsusi önəm verib. Həmid Araslı şairin türk dili və düşüncə sistemi əsasında frazeloji anlamlara üstünlük verdiyini isbat edib:

“Qorbe ço bovəd sərhəm pusti, Bəççeye xod ra xorəd əz dusti”

(“Pişik balasını istədiyindən yeyər).

“Xorusi ke bica xanəd, Becaye pər fəşani, sər fəşanənd”

(“Vaxtsız banlayan xoruzun başını kəsərlər”).

Onun yaradıcılığında belə deyimlərlə bağlı minlərlə örnəklər vardır. Halbuki, həmin frazeloji deyimlər və ifadələr nə qədimdə, nə də indiki çağda fars dilində olmayıbdır. Deməli Nizami türkcə düşünüb və fikirlərini sadəcə fars dilində ifadə edibdir.

Akademik elmdə Nizami Gəncəvi

Akademiklər Y.Kraçkovski və A.E.Krımski, Azərbaycan alimləri Həmid Araslı, Cavad Heyət, Rüstəm Əliyev və başqaları “İsgəndərnamə” əsərinin orjinallarını tədqiq edərək dahi şairin Gəncə şəhərində anadan olmasını sübut etdilər. Lakin II Dünya müharibəsinin başlaması, Qərb alimlərinin akademik Y.E.Bertelsin əsərlərini ilə tanış    olmaması bu sübutun onlara çatmamasına səbəb yaratdığı üçün onlar Nizamini İran şairi kimi qələmə verməkdə davam etdilər. Lakin elmdə vicdanlı alimlər var. İranda Nizami Gəncəvinin əsərlərinin üzünü köçürən zaman qəsdən saxtakarlıq edən və onun İranda anadan olmasını “təsdiqləyən” şəxslərdən fərqli olaraq əsl elmi tədqiqat aparan ədəbiyyatşünas Vəhid Dəstgerdi haqlı olaraq Nizaminin Qumda anadan olmadığını, “İsgəndərnamə” əsərinin üzünün köçürülməsi zamanı Qumda anadan olması barədə fikirlərin sonradan mirzələr tərəfindən salındığını iddia edir. Nizaminin Tehranda ilk tədqiqatçısı V.Dəstgerdi göstərir ki, şairin əvvəlki nüsxələrində Qumla əlaqəli beyt olmayıb. Nizami “Sirlər xəzinəsi” dastanının 179-cu səhifəsində konkret anadan olduğu yeri qeyd edir: “Mən Gəncəliyəm, İraq məndən çox uzaqdadır”

“Qum şəhəri Qəhrestanı” məhəlləsinə gəldikdə isə bu onun əsərlərinin sürətini köçürən şəxslərin artırmalarıdır. Çünki, Nizami əsərlərinin ojrinal nüsxələrndə belə bir şey yoxdur. Konkret olaraq qeyd edək ki, Nizami əsərlərinin XVI əsrdə və sonralar köçürülmüş nüsxələrində “İsgəndərnamə”nin “İqbalnamə” hissəsinin bir yerində şair Gəncədən danışan zaman Qumla bağlı dörd misra qəsdən artırılıb.

Dünya alimləri Nizami Gəncəvi haqda: “Türkdür”

 Alman yazıçısı İohan Şerr: “Nizami ata tərəfdən türk idi”. Amerika tarixçisi Lev Slyozkin 1934-cü ildə SSRİ Yazıçılar Birliyinin birinci Konqresində nümayəndə heyətinin üzvü kimi çıxış edərək, Nizamini “Gəncədən olan türk” adlandırıb. İran ədəbiyyatşünasları: “Nizami Gəncəvi farsca yazıb, amma ondan türk ətri gəlir”.

3 aprel 1939-cu ildə Ukrayna şairi Nikolay Bajanın «Pravda» qəzetində çap olunan məqaləsində belə qeyd edir: “Stalinlə görüşdüm. O, mənə azərbaycanlı şair Nizami ilə bağlı danışdı, onun əsərlərindən sitat gətirdi. O, bu sözlərlə onu əsaslandırmağa çalışırdı ki, Nizamini İran ədəbiyyatına vermək lazım deyil. Ona görə yox ki, farsca şeirlər yazıb, ona görə ki, o, öz poemalarında farsca şeir yazmağa məcbur olduğunu və öz xalqıyla doğma dilində kontakta icazə verilmədiyini göstərir”.

1947-ci il 22 sentyabrda SSRİ Yazıçılar İttifaqının sədri və Azərbaycan ədəbiyyatının yaxın dostu Nikolay Tixonovun “Pravda” qəzetində belə bir məqaləsi dərc olunub: “Aydındır ki, Nizami Gəncəvi farsca yazıb, Azərbaycan xalqının düşmənləri olan İran milliyətçiləri tərəfindən onun fars şairi kimi qələmə verilməsi və vətəni Azərbaycanla əlaqəsinin olmaması faktı ilk dəfə deyil, ancaq bu həyasız yalan heç kimi aldada bilmədi”.

Yevgeni Bertels tərəfindən hazırlanan Böyük Sovet Ensiklopediyası 1939-cu ildə Nizamini Azərbaycan şairi kimi təqdim etdi və 1940-cı ildən sonra artıq Nizaminin azərbaycanlı olması bütün akademik ictimaiyyətdə qəbul olundu.

Qərb tədqiqatçılarından Hammer, Baxer, Rutter, Erdman, Atkinson, Duda, Vilson, Blend kimi şərqşünaslar onu türk adlandırıblar. “Nizami Gəncəvi 1188-ci il sentyabr ayının 24-də bitirdiyi «Leyli və Məcnun» əsərini türk dilində yazmaq istəyib.“Leyli və Məcnun”u türk dilində deyil, fars dilində yazmasını əmr verən mehrani (fars) kökənli Axsitanın hərəkətləri onu çox qəzəbləndirir, amma oğlu Məhəmmədin xahişi ilə onu farsca yazmağa razılıq verir. Ancaq, öz etirazlarını əsərdə belə şərh etmişdir: “Nə cürətim vardır əmrdən qaçam, nə də könlün vardır xəzinə açam ”.

Qərb ədəbiyyatı isə onu əsasən fars və iranlı kimi təqdim edir. Burada fars dilində yazmış olduğunu əsas kimi götürürlər. Halbuki, fars dilində yazmaq o dövrün ənənəsi idi. Bir-iki əsr keçdi və buz sındırıldı. Xətai, Nəsimi, Füzuli, Bürhanəddin, Nəvai və başqaları türk dilində də yazmağın mümkün olduğunu sübut etdilər. Nizami türk olduğundan əsərlərində də türklərin təəssübünü çəkən bir adam kimi çıxış edib. İndiki dillə deyilsə, ona bir türkçü kimi yanaşmalıyıq. Nizaminin əsərlərilə ayaqüstü tanışlıq belə bu şəkildə düşünməyə əsas verir.

“Sirlər xəzinəsində” qoca bir qadının Sultan Səncərə irad tutması buna misal ola bilər: “Türklərin şöhrəti tutmuş aləmi, sən türk deyil, bir hindlisənmiş?”, yaxud “Ölkələri ədalətdən güllü yazdı türklərin», deyən Nizami Türk Səlcuq dövlətindəki sosial ədaləti nəzərdə tutur. Poemalar fars dilinin dəri ləhcəsində, Xorasan, Bəlx dialektində yazılıb. Ancaq, o da bəllidir ki, şairin Xorasanda, indiki Əfqanıstanda olub həmin yerlərdə yaşayan farslarla ünsiyyətdə olmayıb. Çünki Nizaminin əsərləri Xorasan ləhcəsindədir, Nizami də Xorasanda olmayıb. Xorasanda olmamışa, onların  ləhcəsində necə yaza bilərdi Nizami Gəncəvi?

Onun anasının kürd qızı olması da yalandır. Nizaminin elə sözləri var ki, bunlar onun türkə məhəbbətidir, vətəninə məhəbbətidir. “Leyli və Məcnun”da anası haqda yazır: “gər madəri mən Rəiseyi-qord, madər sifatənə piş-e-mən mord”. Yəni, mənim anam Rəisə ana sifətində qarşımda öldü. Farslar bu “qord” sözünü kürd kimi qələmə verirlər, amma “qord” igid (qurd) deməkdir. Nizami müxtəlif qadınlar haqqında da “qord” sözünü işlədib. “Xosrov və Şirin”də Məhinbanu Şirinə belə deyir: “Xosrov Keyxosrov nəslindəndirsə, sən də Əfrasiyab nəslindənsən”. Əfrasiyab nəslindən olmaq Turan hökmdarı olmaq deməkdir.

Nizaminin dünyagörüşü, yaradıcılığı xalqının folkloru, dili, ləhcəsi, ədəbiyyatı ilə bağlı şəkildə formalaşıb. Nizaminin fars ədəbiyyatına təsiri böyükdür, Nizami olmasaydı, fars ədəbiyyatının nəhəni sayılan Hafiz, Sədi, Cami və başqaları yaza bilməzdilər. Onlar Nizamidən iqtibaslar ediblər.

Məhəmməd Əmin Rəsulzadə Nizami Gıəncəvi ilə bağlı fkirlərini ümumiləşdirərək belə yazır: “Farspərəstlər və ermənilər Nizamini bizdən qopartmaq istəyirdilər. Dağ kimi ucalmışdı bir zaman Türk dövləti deyən Nizami necə ərəb yaxud farsa xidmət edə bilərdi?”

“Xosrov və Şirin” əsərində yazır: “Türklüyüm bu Həbəşdə heç getmir. Dadlı dovğaya xalq meyl etmir”.Burada da “farslığım” və ya “kürdlüyüm” deyil, “Türklüyüm” deyir. Nizami öz övladını türkzadə (türk oğlu) adlandırır “Xosrov və Şirin” əsərinin sonunda yazır:

Əgər şod torkəm əz xərgəh nəhani, Xodayə, torkzadəmva to dani.

(Əgər türküm çadırdan gizlinə çəkildisə də, Xudaya, türk balasını sən özün qoru)

Məlumdur ki, bu misralarda şair çox sevdiyi ömür-gün yoldaşı Afaqın (Appaq) dünyadan köçməsindən bəhs açır, ona “türküm” deyir, Afaqdan olan oğlu Məhəmmədi isə “türk balası” adlandırır. Ötən yüzilin 20-ci illərində akademik Nikolay Marr belə yazırdı: “İran alimləri farsca yazdığına görə Nizamini İran-fars şairi hesab etsələr də, “Əz asare-Nizami buye-türk miyayəd” («Nizaminin əsərlərindən türk iyi gəlir») deyərək, şairin yaradıcılığını ruhən (candan-könüldən) qəbul edə bilmirlər”. Alman yazıçısı İohan Şerr: “Nizami türk idi” adlı əsəri onun ölkəsində nizamişünaslıq elmi baxımından ən qiymətli əsər sayılır. Amerika tarixçisi Lev Slyozkin 1934-cü ildə SSRİ Yazıçılar Birliyinin birinci Konqresində nümayəndə heyətinin üzvü kimi çıxış edərək, Nizami Gəncəvini “Gəncədən olan türk” adlandırıb.

İfrat fars şovinizmi ideyasının tərəfdarları Nizami Gəncəvini iranlılaşdırmaq və ya farslaşdırmaq üçün təşəbbüslər göstərsələr də hər zaman bu fikri qeyd etməyi də unutmayıblar: “Nizami Gəncəvi farsca yazıb, amma ondan türk ətri gəlir”.

Qərb tədqiqatçılarından Hammer, Baxer, Rutter, Erdman, Atkinson, Duda, Vilson, Blend kimi şərqşünaslar onu türk adlandırıblar”.

huriyyet

Ənvər Börüsoy

Həmçinin yoxlayın

Terrorçu kürdlərin Sulduzda soyqırım törətmələrinin ildönümü ilə bağlı aksiya

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 20-də Urmiyada Sulduzda terrorçu kürdlərin törətdiyi soyqırımla …

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …