GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi azərbaycanlı fəal İsrafil Fətullahzadə məzuniyyətə buraxılıb.
Azərbaycanlı milli-mədəni fəal İsrafil Fətullahzadə martın 1-də 100 milyon tümən girov qarşılığında Əhər zindanından bir həftəlik məzuniyyətə buraxılıb.
Qeyd edək ki, İsrafil Fətullahzadə yanvar ayının 30-da 7 aylıq həbs cəzasını çəkmək üçün İranın məhkəmə hökmlərini icra edən məmurları tərəfindən Əhər şəhərində yaxalanmışdı.
Azərbaycanlı fəal İsrafil Fətullahzadə 2015-ci ilin noyabr ayında İran televizyasının “Fitilə” proqramında türklərintəhqir edilməsinə qarşı keçirilən etirazlarda yaxalanmışdı.
Azərbaycanlı fəal bundan öncə 2014-cu il fevral 20-də “Beynəlxalq Ana Dili” günü münasibətilə keçirilən tədbirlərə qatıldığına görə rejimin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdir.