Cümə , Oktyabr 7 2022
azfa

Rejimin həbs etdiyi Davud və Əyyub Şiri qardaşları Təbriz zindanının “12-ci məhkumlar” bölməsinə köçürüldü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi Təbriz sakini azərbaycanlı milli-mədəni fəallar Əyyub və Davud Şiri qardaşları zindanının “12-ci məhkumlar” bölməsinə köçürülüb.

Onlar yaxınları iə telefon əlaqəsi zamanı bu barədə məlumat yayıblar.

Qeyd edək ki,azərbaycanlı fəallar Davud və Əyyub Şiri qardaşları iyunun 12-də Məhkəmə Qərarlarının İcrası Şöbəsinə müraciət etdikdən sonra Təbrizin mərkəzi zindanına salınmışdılar.

Azərbaycanlı fəalların 6 aylıq həbs cəzalarını çəkmək üçün zindana salındığı bildirilir.

Hər iki azərbaycanlı qardaş rejimin Şərqi Azərbaycandakı Apellyasiya Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 6 ay həbs cəzasına məhkum olunublar.

Davud və Əyyub Şiri qardaşları yanacaq qiymətlərinin kəskin artmasına görə başlayan 2019-cu ilin noyabr etirazlarında iştirak ittihamı ilə bir neçə azərbaycanlı fəalla birlikdə həbs olunmuşdular.

Hər iki fəal 100 gün müvəqqəti təcridxanada tsaxlandıqdan sonra 2020-ci il  fevralın 26-də 600 milyon tümənlik girov qarşılığında zaminə buraxılmışdılar.

Həmçinin yoxlayın

İrandan Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü qarşı yeni qəsd

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin siyasətində əsas aparıcı rola malik …

Türkiyə ABŞ-a cavab olaraq Qibrisdə Bayraqdar PUA-ları yerləşdirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Şimali Kiprdə pilotsuz uçuş aparatları (PUA) yerləşdirib …