Rejimin həbs etdiyi Yaşar Hüseynzadə Dəlir vəsiqə qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məmurlarının həbs etdiyi Təbriz Universitetində “Türk dili və ədəbiyyatı” ixtisası öyrəncisi Yaşar Hüseynzadə Dəlir oktyabrın 10-da mülki vəsiqə qarşılığında zaminə buraxılıb.

Qeydedək ki, azərbaycanlı öyrənci sentyabrın 22-də təhsil müəssisələrinin açılışına bir gün qalmış Təbrizdə öz iş yerində irqçi fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmışdır.

Onun hansı səbəbdən saxlandığı barədə hələlik dəqiq məlumat yoxdur.

Bundan öncə isə Güney Azərbaycanda Universitetlərin öyrənci qurumları birgə bəyanat yayaraq Yaşar Hüseynzadə Dəlirin rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmasını pisləmişdilər.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta 31 Mart- azərbaycanlıların soyqırımı günü ilə bağlı Avstraliya xarici işlər naziri Penny Vonga müraciət edib-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Əmir Ərşədin tarixi binası acınacaqlı vəziyyətdədir- Video

Güney Azərbaycanın Qaradağ bölgəsinin Ovxara kəndində yerləşən tarixi Daş imarət (Əmir Ərşəd) sarayı baxımsızlıq üzündən …

Bir cavab yazın