Şənbə , Oktyabr 24 2026
azfa

Kürd terrorçular Türkiyədə dinc sakinləri top atəşinə tutub uşaqları öldürdülər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Suriyada YPG-PKK terror qruplaşması Türkiyənin Şanlıurfa və Mardin bölgələrində dinc sakinlərin yaşadığı evlərə minaatan mərmiləri ilə zərbə endiriblər.

Terrorçuların atdığı mərmilərdən bəziləri Şanlıurfanın Ağcaqala, Birecik, Ceylanpınar, Mardinin Nusaybin ilçələrinə düşüb.

Hücum zamanı 17 dinc sakin yaralanıb.

“Sülh çeşməsi” əməliyyatı ilə əlaqədar Şanlıurfanın sərhəd bölgələrində məktəblərdə iki günlük tətil elan edilib.

Türkiyə mətbuatının məlumatına görə, Şanlıurfanın Ağcaqala ilçəsinə edilən hücum nəticəsində 1-i uşaq olmaqla, 3 nəfər həlak olub.

Həmçinin yoxlayın

Tramp: İndi qərar verməliyik ki, İran İslam Respublikası rejiminin işini bitirək, yoxsa onun tədricən zəifləməsinə imkan verək?

GADTB: Donald Tramp İran İslam Respublikası qarşısında ABŞ-ın hərbi üstünlüyünü vurğulayaraq, Vaşinqtonun bütün məqsədlərinə nail …

Qrossi: Agentlik İranın nüvə fəaliyyətlərini yoxlamağa hazırdır

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi bildirib ki, İranın nüvə fəaliyyətlərinin …

Bir cavab yazın