Çərşənbə , Dekabr 25 2024
azfa

Rejimin həbs etdiyi Əkbər Mühaciri Təbrizdə rejimin zindanına köçürülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, rejimin həbs etdiyi azərbaycanlı milli-mədəni fəal Əkbər Mühaciri Təbrizin Mərkəzi Zindanına köçürülüb.

Azərbaycanlı fəal yanvarın 28-də yaxınları ilə qısa telefon əlaqəsində bu barədə məlumat verib.

Qeyd edək ki, Əkbər Mühaciri daha 8 nəfər azərbaycanlı milli-mədəni fəalla birlikdə 2019-cu il noyabr ayı etirazları dövründə, aksiyalarda iştirak etmədiyinə baxmayaraq rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb. O 75 gün rejimin  Təbrizdə yerləşən ETTELAAT İdarəsinin təcridxanasında saxlanılıb.

Azərbaycanlı fəal Əkbər Mühaciri ilə birlikdə tutulan 8 nəfər azərbaycanlı fəalın vəziyyəti barədə heç bir məlumat yoxdur. Onların Təbrizdə rejimin ETTELAAT İdarəsinin təcridxanasında saxlandığı bildirilir.

Həmin azərbaycanlı fəallar ibarətdirlər:

  1. Məhəmməd Mahmudi
  2. Davud Şiri
  3. Əyyub Şiri
  4. Şahin Bərzgər
  5. Nasir Xlusi
  6. Babək Hüseyni Müqəddəm
  7. Ruzbeh Piri
  8. Yaşar Piri

Sulduz sakini olan azərbaycanlı fəal Səccad Şəhiri isə son zamanlar Təbrizdə rejimin ETTELAAT İdarəsinin təcridxanasına köçürülüb.

Həmçinin yoxlayın

Güney Azərbaycanda ən çox sevilən adlar açıqlanıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şərqi Azərbaycan əyalətində son 9 ay ərzində qız …

Türk düşməni olan iranşəhrilər Səttarxan teatrına hücum etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, türk düşməni olan iranşəhrilər Səttarxan teatrına hücum etdilər. …

Bir cavab yazın