GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs edərək, qanusuz həbsdə saxladığı və işgəncə etdiyi azərbaycanlı milli-mədəni fəal Həkimə Əhmədi 5 gündür aclıq aksiyasındadır.
Azərbaycanlı fəal zindandan qısa telefon əlaqəsində demişdir ki, dəfələrlə qeyri-müəyyən həbsdə saxlandığım barədə Binabın Məhkəmə rəisinə müraciət etmişəm. Lakin heç bir nəticəsi olmayıb. Həbsxanada işgəncələrə məruz qaldığım üçün aclıq aksiyasına başlayıram.
Qeyd edək ki, işğalçı fars rejim 7 aydır azərbaycanlı fəalı məhkəməsiz həbs etmiş və işgəncə etməkdədir.