GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi azərbaycanlı fəal Həkimə Əhmədi dünəndən rejimin Marağada yerləşən zindanında aclıq aksiyasına başlayıb.
Azərbaycanlı fəal 9 aydan çoxdur qeyri-müəyyən şəraitdə həbsdə saxlanılması və işgəncə edilməsinə etiraz olaraq aclıq aksiyası keçirməyə məcbur olub.
Qeyd edək ki, iki uşaq anası olan azərbaycanlı fəal Həkimə xanım Əhmədi artıq 10 aya yaxındır həbs edilib.