Çərşənbə , Dekabr 25 2024
azfa

Rejimin həbs etdiyi azərbaycanlı fəal Höccət İmamidən mülki vəsiqə qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi azərbaycanlı milli-mədəni fəal və müəllim Höccət İmami dünən yanvar ayının 28-də 300 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxılıb.

Qeyd edək ki, rejimin məmurları azərbaycanlı fəal və müəllim Höccət İmamini yanvarın 7-də, Sayınqalada öz evində həbs ediblər. Onlar fəalı ifadə vermək adı ilə Urmiyada rejimin ETTELAAT İdarəsinə aparmışlar.

Fəal 1 gün sonra ailəsi ilə qısa telefon əlaqəsində Urmiyada saxlandığını bildirmişdir.

Məmurlar fəalı yaxalayarkən Höccət İmaminin evində axtarış aparıb, ona məxsus notbuk, mobil telefon və kitabları özləri ilə aparıblar.

Uzun müddət fəalın ailəsi davamlı olaraq aidiyyəti orqanlarla əlaqə saxlasa da, Höccət İmami barədə heç bir xəbər ala bilmirdilər.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı üçəmlərə türk adlarına görə doğum haqqında şəhadətnamə vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejiminin məhkəməsinin qərarına baxmayaraq, Təbrizdə rejimin Vətəndaşlıq …

Azərbaycan və Türkiyənin silahlı qüvvələri arasında görüş

GADTB: Dekabrın 24-də Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev …

Bir cavab yazın