Şənbə , Oktyabr 24 2026
azfa

Rejimin həbs etdiyi azərbaycanlı mədəni fəal Zeynəb Həmrəng qeyri-müəyyən vəziyyətdə saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin təhlükəsizlik qüvvələrinin yanvar ayının 14-də Tehranda həbs etdiyi azərbaycanlı mədəni fəal Zeynəb xanım Həmrəng hələ də qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır. Xanım fəalın vəziyyətindən heç bir xəbər yoxdur.

Azərbaycanlı fəalın müvəqqəti zaminə buraxılması üçün 6 milyard rial dəyərində mülki vəsiqə təyin olunsa da, məhkəmə daha vəsiqə qəbul etmədiyini bildirib.

Rejimin təhlükəsizlik qüvvələri azərbaycanlı xanım fəalın həyat yoldaşına təzyiq göstərərk onu hədələyib və bildiriblər ki, Zeynəb xanımın həbsinin davam etməsi xəbərini yaymasın.

Qeyd edək ki, Zeynəb Həmrəng Seyidbəyli yanvarın 14-də Tehranda qızı ilə birlikdə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Fəal saxlanıldığı zaman evində axtarış aparılıb, təhlükəsizlik qüvvələri ona məxsus bəzi şəxsi əşyaları özləri ilə götürüblər.

Həmçinin yoxlayın

ABŞ hərbi gəmiləri molla rejiminə mümkün hücumları üçün raket və bunkerdağıdan bombalarla təchiz edildi

GADTB: 24 oktyabrda hazırlanan “Wall Street Journal”  qəzetinin reportajında Ərəb dənizində yerləşən “USS George Washington” …

Türkiyədə xaricdə yaşayanlar üçün “Türk dili və Türk mədəniyyəti” dərslikləri istifadəyə verilib

GADTB: Türkiyə Milli Təhsil Nazirliyi xaricdə yaşayan türk uşaqlarının ana dili ilə bağlarını gücləndirmək üçün …

Bir cavab yazın