Cümə axşamı , Oktyabr 29 2026
azfa

Türk İnvestisiya Fondu yaradılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk Şurası ölkələri Türk İnvestisiya Fondu yaradır.

Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən növbədənkənar iclası ilə bağlı baş tutan mətbuat konfransında Türk Şurasının Baş katibi Bağdad Amreyev deyib ki, hazırda Türk Şurası ilə bağlı 2025-ci ilədək olan plan üzərində iş gedir. Çünki biz üzv dövlətlər arasında daha dərin əməkdaşlığın qurulmasını istəyirik. Eyni zamanda Türk Akademiyasının fəaliyyətini gücləndirmək də bu sırada mühüm yer tutur.

Bağdad Amreyev bildirib ki, Türk Şurası daxilində maliyyə institutunun yaradılmasına ehtiyac var. Odur ki, Türk İnvestisiya Fondunun yaradılması prosesi üzərində iş yekunlaşdırılıb, Türkiyədə bu il baş tutacaq növbəti zirvə görüşündən əvvəl müzakirəyə təqdim ediləcək:

“Biz də katiblik olaraq fondun yaradılması üçün öz tərəfimizdən üzv ölkələrə dəstək olacağıq”.

Həmçinin yoxlayın

Ermənistan parlamenti ABŞ-la TRIPP layihəsi üzrə sazişi təsdiqləyib

GADTB: Ermənistan parlamenti “Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq …

Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədim Evin zindanının 209-cu bölməsinə köçürülüb

GADTB: Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədimə qarşı təhlükəsizlik və məhkəmə orqanlarının təzyiqlərinin davam …

Bir cavab yazın