Cümə axşamı , Dekabr 19 2024
azfa

Rejimin həbs etdiyi azərbaycanlı siyasi məhbus Əlirza Fərşi Tehran zindanında döyülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Tehran zindanında həbsə atdığı azərbaycanlı siyasi məhbus Əlirza Fərşi və başqa məhbuslar oktyabrın 8-də ailələri ilə qısa telefon əlaqəsində özlərinə qarşı məqsədli qarşı təxribat törədildiyini bildiriblər.

Azərbaycanlı siyasi məhbuslar bildiriblər ki, zindanın 5-ci bölməsinə rejimin buraxdığı ağır cinayətlər törətmiş məhbuslar azərbaycanlı siyasi məhbusları döyüb, onlardan bir neçəsinə bədən xəsarətləri yetiriblər. Belə ki, siyasi məhbuslardan bəziləri zindanın tibb məntəqəsinə yerləşdirilib.

Qeyd edək ki, Əlirza Fərşi və başqa siyasi məhbuslar dəfələrlə məhbusların ittihamlarına görə ayrılmaları və yerləşdirmələrini tələb etmişlər.

İranda məhbusların ittihamlarına görə təsnifatlandırılması və yerləşdirilməsi qanunu icra edilmədiyi üçün ağır cinayət törətmiş müttəhimlərlə siyasi məhbusları bir yerdə saxlanılır. Rejim bu yolla xüsusi fitnəkarlıq edib siyasi məhbusları cinayətkarların əli döydürüb inşəncə edir.

Həmçinin yoxlayın

Türkiyə müdafiə sənayesi şirkəti yeni bir uğura imza atıb

GADTB: Türkiyə müdafiə sənayesi dünyanın aparıcı şirkətlərini geridə qoyaraq tarixi bir ixracat uğuruna daha imza …

Azərbaycanlı milli fəallar azırbaycanlı siyasi məhbuslara azadlıq tələbilə aksiya keçiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Təbrizdə azırbaycanlı milli fəallar 11 aydır qanunsuz …