Çərşənbə axşamı , Yanvar 13 2026
azfa

Rejimin məhkəməsi azərbaycanlı fəal Abbas Lisaninin 10 aylıq həbs cəzasını təsdiq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejimin Təbrizdə yerləşən İnqilab məhkəməsi tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisani barədə qiyabi çıxarılan 10 aylıq həbs cəzasını təsdiq edib.

Məlumata görə fəalın qiyabi çıxarılan həbs hökmünə verilən qərar rejimin İnqilab məhkəməsinin 2-ci şöbəsi tərəfindən azərbaycanlı fəalın vəkilinə elan edib.

Həmin hökmdə qeyd olunub ki, Şərqi Azərbaycan Vilayəti ETTELAAT İdarəsinin hesabatına əsasən Abbas Lisani iyulun 25-də Həsən Hergülünün dəfn mərasimində etdiyi çıxışda islam cümhuriyyəti sisteminə qarşı qarayaxmaya cəhd edib və mərasim iştirakçılarını təhrik edərək onların millətçilik zəminində şüar səsləndirməsinə səbəb olub. Bu məsələdən ölkədaxili və xaricdəki bölücülər, həmçinin xarici kanallar bəhrələnib. Şərqi Azərbaycan Vilayəti ETTELAAT İdarəsinin digər hesabatına əsasən Abbas Lisani öz evində əqidədaşları ilə söhbətdə onları qanunsuz yığıncaq, xüsusi ilə də Babək Qalası Qurultayı keçirməyə çağırıb.

Qeyd edək ki, azərbaycanlı fəal sistemin əleyhinə təbliğat aparmaqda ittiham edilib, onu bundan əvvəlki müvəqqəti saxlanma müddəti hesab olunmaqla 10 ay həbs cəzasına məhkum edilib.

 

Həmçinin yoxlayın

Molla rejimi qətliamla etirazları tam boğmaq üçün “Starlink” peyklərini də hədəf alıb

GADTB: İran daxilində “Starlink” peyk internetinə çıxış ilk dəfə olaraq genişmiqyaslı şəkildə pozulub və bu, …

Şahçılar azərbaycanlı fəala hücum ediblər

GADTB: Güney Azərbaycandan olan fəal Yaşar Həkəkpur Torontoda şahçıların hücumuna məruz qalıb Azərbaycanlı fəal özünün …

Bir cavab yazın