Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Taliban Türkmənistanla sərhəd şəhərə hücuma keçdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Taliban Əfqanıstanın şimal-qərbində yerləşən Badqis vilayətinin mərkəzi olan Kalayi-Nau şəhərinə hücuma başlayıb.

Bu məlumatı “İnterfaks” agentliyi yayıb.

Məlumata görə, hazırda döyüşlər şəhər ətrafında gedir. Taliblərin polis və kəşfiyyat idarələrinin qərargahlarını ələ keçirdiyi vurğulanıb.

Qeyd edək ki, az öncə Əfqanıstan hökuməti ilə Taliban arasında İranda danışıqlar başlayıb. Lakin Taliban terrorçuları da etiraf edirlər ki, İranın terrorçu Sepahı Əfqanıstanı işğal etmək üçün Talibanla çiyin-çiyinə döyüşüb talib terrorçulara yardım edir.

Badqis vilayəti Türkmənistanla sərhəddə yerləşir.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …