Çərşənbə , Yanvar 22 2025
azfa

Rejimin məmurları Sayınqalada azərbaycanlı fəal Höccət İmamini yaxaladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin ETTELAAT İdarəsinin məmurları azərbaycanlı milli-mədəni fəal və müəllim Höccət İmami yaxalayıb.

Azərbaycanlı fəal yanvarın 7-də Sayınqala şəhərində öz evində yaxalanıb.

Höccət İmamini yanvarın 8-də ailəsi ilə qısa telefon əlaqəsində Urmiyaya aparıldığını və qeyri-müəyyən vəziyyətdə saxlandığını söyləyib.

İrqçi fars rejimin təhlükəsizlik qüvvələri fəalı yaxalarkən evdə axtarış aparıb, ona aid ləptop, mobil telefonu və bir neçə kitab özləri ilə götürüblər.

Fars dili və ədəbiyyatı müəllimi olan azərbaycanlı fəalın həm də bədən tərbiyəsi üzrə yüksək lisansı var.

Hələlik fəalın nədə ittiham edildiyi məlum deyil.

Həmçinin yoxlayın

Molla rejimi qanunsuz şəkildə Tehranda azərbaycanlı fəalı ETTELAAT-a çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi qanunsuz şəkildə Tehranda azərbaycanlı fəalı …

Azərbaycanlı şair İranda Azərbaycan türkcəsində kitabların yazılması ilə bağlı səhv və qərəzli göstərişləri tənqid edib

GADTB: Təbrizli şair və tədqiqatçı Saleh Səccadi İran Mədəniyyət və İslami İrşad Nazirliyinin Azərbaycan türkcəsində …

Bir cavab yazın