Cümə axşamı , May 14 2026
azfa

Rejimin müstəmləkəçi siyasəti nəticəsində Ərdəbildə adam başına düşən gəlir ən aşağı səviyyədədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran adlanan ölkənin müsətmləkəçi və ayrı-seçkilik siyasəti nəticəsində Ərdəbildə adam başına düşən gəlir bütün ölkə üzrə adam başına düşən gəlirdən azdır. Bu barədə Ərəbil Şəhər Şurasının üzvü Yaqub Əzizzadə açəıqlama verib.

Yaqub Əzizzadə qeyd edib ki, Ərdəbilə ayrılan dövlət büdcəsi hesabına vilayəti inkişaf etdirmək mümkün deyil. Ona görə də özəl sektorun sərmayəsi cəzb edilməlidir. Əzizi həmçinin qeyd edib ki, Ərdəbil vilayətinin Azərbaycan Respublikası ilə 380 km ortaq sərhədi olsa da, vilayətdə ixracat arzu olunan səviyyədə deyildir.

Qeyd edək ki, İran adlanan ölkənin uzun müddətli müstəmləkəçi və ayrı-seçkilik siyasəti nəticəsində Ərdəbil vilayəti kimi yüksək potensiala malik olan bölgə tədrici geriləyib. İşsizlik, yoxsulluq və məcburiyyət üzündən fars vilayətlərinə köçmə kütləvi hal alıb.

Həmçinin yoxlayın

Çin şirkətlərinin İranla gizli silah satışı barədə danışıqlar apardığı bildirilir

GADTB: Çin şirkətlərinin İranla gizli silah satışı barədə danışıq aparıb və bunun gizli qalması üçün …

Molla rejimi xaricdə yaşayan daha 24 şəxsin əmlakını müsadirə edib

GADTB: Hörmüzgan Ədliyyə İdarəsinin rəisi xaricdə yaşayan 24 şəxsə məxsus əmlakın müəyyən edilərək qanuni prosedur …

Bir cavab yazın