Çərşənbə axşamı , Avqust 16 2022
azfa

Rejimin Qərbi Azərbaycana hakim təyin etdiyi mühacir kürdlər Azərbaycana qarşı qəsdə hazırlaşır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Qərbi Azərbaycana hakim təyin etdiyi mühacir kürdlər Azərbaycana qarşı qəsdə hazırlaşır. Onlar Urmiyada keçirilən dünya millətləri voleybol liqası yarışlarında azərbaycanlıların milli şüarlar səsləndirməsinə mane olmağa çalışır.

Kanada, Polşa, Rusiya və İran komandalarının iştirakı ilə keçirilən yarışlar Urmiyanın 6 min nəfərlik “Durnalar yuvası” stadionunda iyunun 14-dən 16-dək davam edəcək.

Rejimin Qərbi Azərbaycana təyin etdiyi yerli olmayan kürddili vali Məhəmməd Mehdi Şəhriyari öz əlaltıları birlikdə azərbaycanlıların milli şüarlar səsləndirməsinə mane olmağa cəhd edib.

Həmçinin Qərbi Azərbaycan Gənclər və idman İdarəsinin Səqqiz şəhərindən olan kürddili rəisi Abdulla Çəməngülü də xəbərdarlıq edib. O bildirib ki, stadionda İran bayrağından başqa heç bir bayraq qaldırılmayacaq, federasiyanın nəzarəti ilə səsləndirilən şüarlar isə bir mənalı olaraq İran komandasını təşviq etməyə yönələcək.

Həmin Antiazərbaycan kürd rəsmilər xarici idmaçıları qarşılama mərasimində isə əhalinin dili Azərbaycan türkcəsindən yox erməni və kürd dillərindən istifadə ediblər. Bu isə əhalinin ciddi narazılığına səbəb olub.

Azərbaycanlı milli fəallar da bu məsələyə kəskin reaksiya verib aşağıdakı milli şüarların səsləndirilməsini təklif ediblər:

–        Yaşasın Azərbaycan

–        Azərbaycan var olsun – istəməyən kor olsun

–        Nə mutlu türküm deyənə

–        Azərbaycan bir kəlam – Şəhriyari getsin vəssalam

–        Dağlar başı dumandı – Bura Azərbaycandır

–        Azərbaycan var olsun – Lisani azad olsun

Həmçinin yoxlayın

İran hökumətinin ideoloqu Azərbaycan barədə hədyanlar səsləndirdi: “Deyirlər sən Hüseynçi yox, bozqurdçu olacaqsan”

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İran mediasında və sosial şəbəkələrdə İran …

Xiyavda Urmiya gölü ilə bağlı posterlər yapışdırıldı; Urmu gölü can verir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Xiyav (Meşgin) şəhərində Urmiya gölünün qurudulması …

Bir cavab yazın