Cümə axşamı , Dekabr 2 2021
azfa

Rejimin Şərqi Azərbaycandakı Apellyasiya Məhkəməsi Ruzbeh Pirinin məhkəmə qərarını təsdiq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Şərqi Azərbaycandakı Apellyasiya Məhkəməsi azərbaycanlı milli fəal Ruzbeh Piri barədə ilkin məhkəmənin qərarını təsdiq edib.

Bununla bağlı azərbaycanlı fəalın rejimin məhkəmə orqanının elektron sistemi vasitəsilə aldığı bildirişdə məlumat verilib.

Bildirişə əsasən, Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin 12-ci bölməsi ilkin məhkəmənin fəal barəsində çıxardığı 5 milyon tümənlik cərimə cəzasını təsdiq edib. Həmçinin Cinayət Prosessual Məcəlləsi 455-ci maddəsinə əsasən azərbaycanlı milli fəalın barəsində çıxarılan qərardan verdiyi şikayət əsassız sayılaraq, onun barəsində çıxarılan “Sosial şəbəkələrdə yalan məlumatlar yaymaq” ittihamı qüvvədə saxlanılıb.

Qeyd edək ki, azərbaycanlı milli fəal Ruzbeh Piri qardaşı Yaşar Pirinin həbs edilib, təzyiqlərə məruz qalması ilə bağlı paylaşdığı məlumatlara görə aprel ayının 3-də Təbriz şəhərinin Ümumi və İnqilab Prokurorluğunun 16-cı şöbəsinə çağırılmışdı.

Mayın 12-də keçirilən məhkəmədə Sepah terror təşkilatının kəşfiyyat bölməsinin iki hüquqi nümayəndəsi iştirak edib.

Rejimin əlaltısı hakimi Musəvi “İnstagram” hesabında yaydığı məlumata görə milli fəala qarşı “Sistemə qarşı təbliğat aparmaq” və “Yalan məlumatlar yaymaq” ittihamları irəli sürmüşdü.

Ruzbeh Piri dindirildikdən sonra 80 milyon tümən girov qarşılığında zaminə buraxılmışdı.

Azərbaycanlı fəal Yaşar Piri bundan öncə fevralın 21-də mülki geyimli məmurlar tərəfindən yaxalanmmışdı. Yaxalanma zamanı və təcridxanada ona işgəncə verilib və döyülmüşdü.

Azərbaycanlı mədəni fəalın sağlıq durumunun ağır olduğu üçün 3 gün təcridxanada saxlanıldıqdan sonra 50 milyon tümən girov qarşılığında zaminə buraxılıb və Təbrizin İmam Rza xəstəxanasına köçürülmüşdü.

Onun qardaşı Ruzbeh Piri isə bu barədə sosial şəbəkədə bir neçə məlumat paylaşmışdı.

Həmçinin yoxlayın

Azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə azadlıq tələbilə dəstək aksiyası-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində oktyabrın 1-də bir qrup …

Azərbaycanlı fəalı Əkbər Mohacerinin həbsi üçün İran məhkəməsinin əməkdaşları onun evinə hücum ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Şərqi Azərbaycandakı prokurorluğu Azərbaycan Milli Hərəkatının …