Cümə axşamı , Yanvar 2 2025
azfa

Rejimin Təbrizin “Pəyam Nur” Universitetindəki əlaltıları Beynəlxalq Ana Dili Günü özəl nəşrin yayılmasına mane olublar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, rejimin Təbrizin “Pəyam Nur” Universitetindəki əlaltıları öyrəncilər tərəfindən “Beynəlxalq Ana Dili Günü” mövzusunda hazırlanan özəl sayının yayılmasına mane olublar.

Universitetin “Azərbaycan sivilizasiya və mədəniyyəti” dərgisinin özəl sayı 2019-cu il fevralın 21-də öyrəncilər arasında yayılıb. Rejim əlaltıları dərginin nəşrindən narahat olub və dərhal onun yayılmasına mane olublar.

Təbriz “Pəyam Nur” Universitetinin rəisi dr.Fəzli dərginin yayılmasına kobud şəkildə müdaxilə edib. O dərginin yayıldığı yerə müraciət edərək onun öyrəncilərdən yenidən toplanmasını istəyib. Lakin onun bu qanunsuz tələbi öyrəncilərin etirazı ilə qarşılanıb. O bundan sonra həmin yerdən uzaqlaşıb və dərginin yazıçılar heyətini kabinetinə çağırıb.

Dərginin müdir-məsulu rəisin kabinetinə müraciət etdikdən sonra, dr.Fəzli müavini, universitetin təhlükəsizlik bölümünün (Hərasət) rəisi və öyrəncilərin qarşısında onunla yüksək tonda və təhqiramiz şəkildə danışıb, sonda öyrəncini kabinetindən bayıra çıxarıb. Universitetin təhlükəsizlik bölməsinin rəisi dr.Fəzlini sakitləşdirərək mübahisənin daha da qızışmasına imkan verməyib.

Bundan sonra da rejimin əlaltıları dərginin özəl sayının paylanmasına maneçilik törədiblər.

Həmçinin yoxlayın

İrqçi farslar yarış zamanı Azərbaycan türklərinə qarşı nalayiq ifadələr səsləndiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranlı və Yəzdli irqçi farslar türklərə və Azərbaycana …

Suriyada kürd terror təşkilatlarına qarşı mübarizə davam edir

GADTB: Suriyada Fərat çayının şərqində Azad Suriya Ordusu (ASO) ilə terror təşkilatı PKK/PYD/YPG/SDG arasında qarşıdurmalar …

Bir cavab yazın