Çərşənbə , Oktyabr 21 2026
azfa

Rejimin unutduğu zəlzələ bölgəsində azərbaycanlı fəallar yardım edirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin unutduğu Miyana-Sarab zəlzələ bölgəsinə azərbaycanlı milli-mədəni fəalların yardımları davam edir.

Zəlzələdən zərərçəkən azərbaycanlılar Miyana və Sarab bölgələrində qar və şaxtada çadırlarda yaşamağa məcburdur.

Dövlətin təbii fəlakət bölgəsinə laqeyd münasibət bəsləməsi Azərbaycan əhalisi, xüsusi ilə də milli-mədəni fəalların məsuliyyətini artırıb. Fəallar imkanları daxilində zəlzələdən zərərçəkənlərə yardım etməyə çalışır.

Vəziyyətin ağırlığını görə azərbaycanlı fəallar yanvarın 29-da təbii fəlakət bölgəsinə yenə yardım çatdırıblar.

Bir qrup güney azərbaycanlı milli-mədəni fəal zəlzələ bölgəsinə gedərək topladıqları yardımları şagirdlər və təbii fəlakətdən zərərçəkən azərbaycanlılara çatdırıblar.

Qeyd edək ki, 2019-cu il noyabr ayının əvvəllərində Şərqi Azərbaycanın Miyana və Sarab bölgələrində Zəlzələ baş verib.

Həmçinin yoxlayın

Urmiya gölündə suyun həcmi artsa da, ekoloji böhran davam edir

GADTB: Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru bildirib ki, Urmiya gölündə suyun …

İraq da İranla sərhədləri bağlayır

GADTB: İraq hökuməti İranla sərhəddəki keçid məntəqələrini bağlamağa başlayıb. Artıq Əş-Şeyb sərhəd-keçid məntəqəsi bu gündən …

Bir cavab yazın