Cümə axşamı , Oktyabr 22 2026
azfa

Türk filosof Fərabinin 1150 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər başlandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Almatıda IX-X əsr Şərq fəlsəfəsi və elmi fikrinin görkəmli nümayəndəsi, böyük türk filosofu Əbu Nəsir əl-Fərabinin 1150 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərə start verilib.

Yubiley çərçivəsində Qazaxıstanla yanaşı, xarici ölkələrdə də Fərabi irsinə həsr olunmuş elmi konfranslar, simpoziumlar keçiriləcək. Paris, Nur-Sultan və Türküstan bölgəsində elmi simpoziumların keçiriləcəyi yubiley tədbirlərində dünyanın 40-dan çox ölkədən əl-Fərabinin həyat və yaradıcılığının tədqiqatçıları, aparıcı alimlər iştirak edəcək, beynəlxalq ekspedisiyalar təşkil olunacaq, görkəmli filosofun əsərləri tərcümə olunaraq çapdan çıxacaq, sənədli filmlər hazırlanacaq, Fərabi mərkəzləri açılacaq.

Qeyd edək ki, Şərqin böyük mütəfəkkirinin yubileyi UNESKO-nun yadda qalan tarixləri və hadisələri təqviminə daxil edilib. Fərabinin yubileyi İSESKO, İslam Əməkdaşlıq Təşkilatı, TÜRKSOY və digər beynəlxalq təşkilatların dəstəyi ilə geniş qeyd ediləcək.

Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev 2020-ci ildə dahi filosof Əbu Nəsir əl-Fərabinin 1150 illik yubileyinin keçirilməsi ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.

Həmçinin yoxlayın

ABŞ-ın dəniz blokadasının təzyiqi ilə İranın “kölgə donanması”ndakı neft ehtiyatları tükənir

GADTB: “The Wall Street Journal” qəzetinin yeni hesabatı göstərir ki, İranın Cənub-Şərqi Asiya sularında yerləşən …

Molla rejimin SEPAH terror təşkilatı müharibəni regionda genişləndiriləcəyi ilə hədələdi

GADTB: SEPAH terror təşkilatının sözçüsü Hüseyn Möhibbi region ölkələrini müharibənin əhatə dairəsini genişləndirməklə hədələyib. O, …

Bir cavab yazın