Cümə axşamı , Mart 23 2023
azfa

Rejimin Xoy şəhərinə təyin etdiyi icra hakimi Türk dili kurslarını bağldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Qərbi Azərbaycan vilayətində yerləşən Xoy şəhərinə təyin etdiyi icra hakimi “Səmən dəvət” qeyri-hökumət təşkilatı tərəfindən keçirilən türk dili kurslarını bağlayıb.

Bu barədə “Səmən dəvət” Teleqram kanalında məlumat yayıb.

“Bazar ərtəsi günləri “Səmən dəvət” qeyri-hökumət təşkilatının ofisində keçirilən türk dili qrammatikası kursları Xoy Şəhər İcra Hakimiyyətinin göstərişi ilə növbəti xəbərdarlığa qədər bağlanılıb.

“Səmən dəvət” Şəhər İcra Hakimiyyətinin rəsmi icazəsi əsasında fəaliyyət göstərdiyi üçün verilən göstərişə əməl etməyə məcburdur. Kurslarda iştirak edən dostların hamısından üzr istəyirik.”- deyə paylaşılan mətndə bildirilib.

Bu xəbər sosial şəbəkələrdə geniş yayıldıqdan sonra Xoy Şəhər İcra Hakimiyyəti və bu şəhərin təhlükəsizlik orqanları qeyri-hökumət təşkilatını təhdid edərək paylaşdığı mətni Teleqram kanalından silməyə məcbur ediblər.

Bundan sonra təşkilat kanalında fərqli bir mətn paylaşmaya məcbur olub.

“Şəhər İcra Hakimiyyətindən əlaqə saxlayaraq belə bir şərh verdilər:

“Səmən dəvət” müvəqqəti icazə ilə fəaliyyət göstərdiyinə və hələlik rəsmi icazə almadığına görə hərhansı kurs təşkil edə bilməz. Bunun üçün Şəhər İcra Hakimiyyətinin rəsmi icazəsi lazımdır.

“Səmən dəvət” rəsmi icazə alana qədər hələlik bütün fəaliyyətlərini dondurur.”- deyə kanalda paylaşılan postda bildirilib.

Həmçinin yoxlayın

Güney Azərbaycanda Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda azərbaycanlı vəkil və hüquqşünaslar tərəfindən Azərbaycan …

Ərdəbil kəndlərində bayram münasibətilə uşaqlara türk dilində kitablar paylanıldı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbildə azərbaycanlı  sənətçi və yazıçı Hüseyn Həsənnəjad anası …

Bir cavab yazın