Bazar , Oktyabr 25 2026
azfa

Rejimin yaxaladığı azərbaycanlı öyrənci Məleykə Qaragözlünün həyatı təhlükədədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranda təhsil alan azərbaycanlı öyrənci Məleykə Qaragözlü (Dəniz) son zamanlar keçirilən etiraz aksiyaları zamanı yaxalanıb.

Əllamə Təbatəbai Universitetinin öyrəncisi olan Məleykə xanım noyabrın 18-də Tehran Universitetinin qarşısında keçirilən etiraz aksiyaları zamanı yaxalanıb. azərbaycanlı öyrəncinin hazırda Evin Zindanının “Sepah” terror təşkilatının Kəşfiyyat İdarəsinə məxsus bölməsində saxlandığı deyilir.

Terrorçu Sepahın Məleykə Qaragözlünü öldürüb, daha sonra onun “psixoloji problemlər”dən əziyyət çəkdiyinə görə intihar etdiyini özündə əks etdirən saxta sənədlər düzəltməyə çalışdığı planı üzə çıxıb.

Azərbaycanlı öyrəncinin yaxınları insan haqları fəallarını Sepah terror təşkilatının bu cinayətkar planının qarşısının alınması üçün məsələni diqqət mərkəzində saxlamağa və bütün dünyaya çatdırmağa çağırırlar.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın