Çərşənbə , Oktyabr 21 2026
azfa

Etirazlarda irqçi fars rejim azərbaycanlı fəalın gözlərini çıxardı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehran etirazlarında irqçi fars rejimin terrorçu qüvvələrinin açdığı atəş nəticəsində azərbaycanlı fəal və Traxtur tərəfdarı Rza Nəsiri gözlərindən güllə yarası alıb.

Əslən Güney Azərbaycanın Sarab şəhərindən olan və Tehranda yaşayan azərbaycanlı fəal Tehranın əsasən azərbaycanlılar yaşayan İslamşəhr bölgəsində etirazlar zamanı rejimin terrorçu qüvvələrinin birbaşa açdığı atəş nəticəsində gözlərini itirib və kor olub.

Qeyd edək ki, Rza Nəsiri Tehranda ermənilərin Azərbaycan və Türkiyəyə qarşı keçirdikləri etirazlara qarşı çıxdığı üçün irqçi fars rejim tərəfindən yaxalanıb və təzyiqlərə məruz qalmışdı.

Həmçinin yoxlayın

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …

Urmiya gölündə suyun həcmi artsa da, ekoloji böhran davam edir

GADTB: Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru bildirib ki, Urmiya gölündə suyun …

Bir cavab yazın