
GADTB: ABŞ rəsmilərindən biri Axios nəşrinə bildirib ki, respublikaçıların aralıq seçkilərdə ağır məğlubiyyəti Donald Trampı İran rejiminə qarşı genişmiqyaslı hərbi əməliyyat barədə göstəriş verməyə daha çox meyilli edə bilər. Seçkilər noyabrın 12-si, çərşənbə axşamı keçiriləcək.
Həmin rəsminin sözlərinə görə, Tramp özünü alçaldılmış və ya siyasi proseslərdən kənarlaşdırılmış hiss edərsə, “cəsarətli bir addım ata bilər”. O əlavə edib ki, hamı İran rejiminin rəsmilərinə eyni mesajı çatdırır: “Razılaşma əldə etmək üçün ən yaxşı fürsət məhz indidir”.
Eyni zamanda, Qətərli vasitəçilər seçkilərdən əvvəl ABŞ və İran rejimi arasında razılaşma əldə olunması məqsədilə Tehranda uzunmüddətli və intensiv danışıqlar aparırlar.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi