Şənbə , Oktyabr 31 2026
azfa

Xameneyi İran ordusuna yeni hərbi göstərişlər verdi

GADTB: Bu gün İranın ali rəhbəri Müctəba Xameneyi ilə Silahlı Qüvvələrinin yüksək rütbəli komandanları arasında görüş keçirilib. İddia edilir ki, görüşdə o, ölkənin Hərbi Qüvvələrinə yeni göstərişlər və təlimatlar verib.

Məlumata görə, Xameneyi “düşmənlərlə güclü qarşıdurma üçün ağıllı döyüş hazırlığı”nı maksimum çəkindirmənin əsas şərti adlandırıb.

O bildirib ki, düşmənlər yenidən hərbi və ya terror hücumlarına başlasalar, qarşıdurmanın nə vaxt və hansı şərtlərlə başa çatacağını İran Silahlı Qüvvələri və xalqı müəyyən edəcək.

Göstərişlərdən biri də ABŞ və İsrailə aid müxtəlif maddi və qeyri-maddi obyektlərin hədəf dairəsinə daxil edilməsi məqsədilə hərbi hədəf məlumat bazasının yenilənməsidir.

Digər tapşırıqlar arasında hərbi kəşfiyyat sisteminin gücləndirilməsi, yerli müdafiə potensialının həm doktrina, həm də taktika səviyyəsində inkişaf etdirilməsi, qabaqcıl texnologiyaların tətbiqi yer alıb.

Həmçinin yoxlayın

Körfəz Əməkdaşlıq Şurasının baş katibi: İran İslam Respublikası rejimi müharibənin tərəfi olmayan ölkələrə hücum edib

GADTB: Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibi Casim Məhəmməd əl-Bədəvi 2026-cı il oktyabrın 31-də …

Respublikaçıların məğlubiyyəti Trampı İran rejiminə qarşı genişmiqyaslı hərbi əməliyyata sövq edə bilər

GADTB: ABŞ rəsmilərindən biri Axios nəşrinə bildirib ki, respublikaçıların aralıq seçkilərdə ağır məğlubiyyəti Donald Trampı …