Çərşənbə axşamı , Oktyabr 8 2024
azfa

Rus ekspertdən iddia: ABŞ İrana təzyiq üçün Qarabağda baza yaratmaq istəyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Amerika hökuməti ABŞ prezidentinin müşaviri Con Boltonun Yerevana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz formulunu təklif edib. Bu formulda Azərbaycanın işğal edilmiş ərazilərində İrana təzyiq üçün ABŞ bazasının yaradılması nəzərdə tutulub.

Bu fikirləri “Rossiya 1” telekanalında yayımlanan “Vladimir Solovyevlə bazar axşamı” verilişində çıxışı zamanı Xəzər Əməkdaşlığı İnstitutunun baş direktoru Sergey Mixiyev deyib.

“ABŞ-ın İran strategiyasında müzakirə etmədiyimiz, ancaq bizim üçün kifayət qədər təhlükəli olan məsələ var – bu, Ermənistandır. Şübhəsiz ki, amerikalılar İranla döyüşməkdən qorxur, ancaq prinsipcə, burada ona təzyiq nöqtəsi hazırlayır”, – o bildirib.

“İndi nə baş verir? Ermənistanda hakimiyyət dəyişikliyi oldu. Onların amerikalılarla əlaqəsinin olmamasından danışmaq siyasi nəzakətdir və mənim stilimdə deyil. Onlar amerikalılarla birbaşa bağlıdır, orada ABŞ-ın çoxlu əlaltısı var”, – Mixiyev əlavə edib.

“Amerikalılar hazırkı Ermənistan rəhbərliyinə Qarabağ məsələsinin həllini vəd edərək, deyirlər: rayonları verin, biz isə ora ABŞ qoşunlarının kontingenti yerləşdirək – şimalda İrana qarşı təzyiq bazası yaradaq. Bu, amerikalıların Zaqafqaziyada reallaşdırmaq istədiyi variantlardan biridir”, – politoloq bildirib.

“Gürcüstan, Ermənistan, Azərbaycana səfər edən Bolton da bu məsələ ilə məşğul olub. Düşünürəm ki, bu baş tutmayacaq, ancaq ermənilərə bu variantın təklif edilməsi doğrudur”, – Mixiyev qeyd edib.

Həmçinin yoxlayın

“TEKNOFEST” sərgisi gələn il Şimali Kiprdə keçiriləcək

GADTB: Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti (ŞKTC) Ersin Tatar təşkilatçıların 2025-ci ildə Aviasiya, Kosmonavtika və …

Şuşada “Türktransplant” sistemi yaradılır

GADTB: Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV …

Bir cavab yazın