Cümə axşamı , May 15 2025
azfa

Rusiya Ermənistanı yenidən silahlandırıb, müharibəyə hazırlamağa çalışdığı bildirilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Rusiyanın Ermənistan ordusunu yenidən qurması və silahlandırması birbaşa müdafiə naziri Sergey Şoyqunun nəzarətindədir. Hər həftə erməni vəzifədaşı Vaqarşak Arutunyanla telefon əlaqəsi saxlayır, prosesləri kordinasiya edir. Rusiya İran ərazisindən və Hərbi nəqliyyat təayyarələri vasitəsilə Erebuni bazasına silahlar daşıyr. Bununla yanaşı Rusiyanın Gümrüdəki “102-ci” bazası erməni ordusunun şəxsi heyətinin döyüş hazırlığının artılması istiqamətində yeni təlimatlar hazırlayıb”.

Bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. Politoloq qeyd edib ki, Rusiyanın Ermənistanı silahlandırmasının və ordusunu yenidən qurmasının əsas məqsədi, Cənubi Qafqazda Azərbaycana qarşı formalaşdırmaq, həmçinin  Ermənistanda qalıcılığını qorumaqdır: “Ermənistan baş naziri Nikol Paşinyan hakimiyyətini möhkəmləndirməklə Rusiyanın Ermənistanda varlığına son qoymağa çalışacaq. Bunu Kremldə də yaxşı başa düşürlər. Ermənistan vətəndaşları məhz Paşinyanın anti-Rusiya siyasətinə dəstək verir. Ona görə də Rusiya erməni cəmiyyəti ilə deyil, Ermənistan ordusunu yenidən formalşaldırmaq və silahlandırmaqla öz dayaqlarını möhkəmləndirir. Bununla da Ermənistanı öz nəzarətində saxlamağa çalışır. Həmçinin əlverişli siyasi şərait yarandıqda Ermənistanda hakimiyyəti Koçaryan kimilərin vasitəsilə orudunun əli ilə nəzarətə alacaq”.

Politoloqun sözlərinə görə, növbəti mərhələdə Azərbaycana qarşı istifadə etməsi də mümkündür: “Nikol Paşinyan Rusiyanın bu siyasətinin qarşısını almasa, o zaman həm öz hakimiyyəti, həm də Ermənistan üçün yeni problemlərin ortaya çıxması gözlənilir. Məhz bu plana uyğun olaraq Rusiya Ermənistanı silahlandırır. Azərbaycan Rusiyanın Ermənistanla bağlı siyasətini diqqətlə izləməlidir. Moskvanın erməni ordusunu silahlandırması prezident İlham Əliyevin bir neçə dəfə haqlı narazılığına səbəb olub. Əgər Rusiya bunu edirsə təbii ki, Azərbaycan Türkiyə və Paksitanla ortaq bir hərbi ittifaq qurmalıdır. Öz silahlı qüvvələrini gücləndirməlidir. Hazırda Azərbaycan ordusunun mütəmadi hərbi təlimləri, yeni silahların alınması Rusiyanın Ermənistan siyasətinə cavabdır. Regionda təhlükəsilzik təmin edilməyib. Moskvanın Ermənistan vasitəsi ilə təhlükəsizliyi təhdid edəcək siyasətə üstünlük verəcəyi görünür”.

Həmçinin yoxlayın

Molla rejimi Güney Azərbaycanda qızıl mədənini daha sürətli talamaq üçün meşəni məhv edir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Vərziğan bölgəsində qızıl mədənini talamaq üçün meşə zolağını məhv …

Özbəkistanda qədim türk yazılı sikkələr aşkarlanıb

GADTB: Özbəkistanda VI əsrə aid olduğu təxmin edilən türk pulu aşkarlanıb. Göytürk dövrünə aid olduğu …