Şənbə , Aprel 11 2026
azfa

Rusiya İranın uranı zənginləşdirmə sentrifuqalarının yox edilməsini tələb etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiyanın Vyanada Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Mixail Ulyanov dekabrın 13-də müsahibəsində deyib ki, İranla atom anlaşmasına dair müzakirələr sürətli olmasa da, irəliləməkdədir.

O, Vyanada müzakirə edilən həssas mövzulardan birinin də İranın atom təsisatlarında uranın zənginləşdirilməsi sentrifuqaları məsələsinin olduğunu bildirib.

Ulyanov bununla bağlı deyib: “Sentrifuqalarla bağlı nə etməliyik? Onların ökədən xaricə daşınması yaxud məhv edilməsi kimi variantlar var. Başqa alternativ isə onların Atom Enerjisi üzrə Beynəlxalq Ajansın zəmanəti altında İranda fəaliyyətinin dayandırılması və depolanmasıdır. Bu variantlardan hansının seçilməsi ilə bağlı razılıq əldə etmək olar. Bu, həll etməli olduğumuz onlarla məsələlərdən yalnız biridir”.

Qeyd edək ki, İranın atom anlaşmasının Vyanada baş tutan görüşü beş aylıq fasilədən sonra razılaşmaya üzv ölkələr tərəfindən noyabrın 29-da yenidən başlanıb. Dekabrın 3-də tərəflərin öz ölkələrində məsləhətləşmələr aparmasından sonra danışıqların növbəti mərhələsi dekabrın 9-da yenidən başlayıb və hələ də davam edir. Daha öncə danışıqların avropalı üzvləri İran tərəfinin irəli sürdüyü təkliflərin qəbuledilməz adlandırıblar.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Çinin molla rejiminə yeni hava hücumundan müdafiə sistemləri göndərməkdə olduğu deyilir

GADTB: CNN ABŞ kəşfiyyatının qiymətləndirmələrinə istinadən elan edib ki, Çin qarşıdakı həftələrdə İran İslam Respublikasına …