Bazar ertəsi , May 25 2026
azfa

Rusiya qoşunları Finlandiyaya doğru irəlilədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiya qoşunlarının Finlandiya istiqamətində hərəkətini əks etdirən görüntü yayılıb.

Bu barədə “Daily Mail” məlumat yayıb.

Sosial şəbəkələrdə yayılan videoda Rusiyanın ağır silahlarının, o cümlədən, raket sistemlərinin Finlandiya ilə sərhədə doğru irəlilədiyi iddia edilir.

Belə ki, iddiaya görə, Rusiyanın iki sahil raket kompleksi Helsinkiyə gedən sərhədin Rusiya tərəfində yol boyu hərəkət edib.

Qeyd edilir ki, video Kremlin Finlandiyanın NATO-ya daxil olmasının nəticələri ilə bağlı hədələrindən bir neçə saat sonra ortaya çıxıb.

Məlumat üçün bildirək ki, Finlandiya illərdir blok olmayan statusunu qoruyub saxlayır, lakin Rusiyanın Ukraynaya açıq hücumundan sonra NATO-ya üzv olmaq niyyətini açıqlayıb.

“The Times”ın məlumatına görə, Alyans Finlandiya və İsveçin NATO-ya üzvlüyünə zəmanət verib. Bildirilib ki, qərar bu yay verilə bilər.

Bundan sonra Rusiya Federasiya Şurasının Beynəlxalq Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov bildirib ki, Finlandiya NATO-ya daxil olarsa, Rusiya dərhal cavab verəcək: “Finlandiyanın NATO-ya daxil olması onu Rusiyanın cavab tədbirləri üçün hədəfə çevirəcək”.

Həmçinin yoxlayın

Tramp: İranla danışıqlar yaxşı irəliləyir, İran İbrahim Razılaşmalarına qoşulacaq

GADTB: Donald Trump İranla aparılan danışıqların müsbət istiqamətdə davam etdiyini bildirib və mümkün razılaşmanın region …

Azərbaycanın tanınmış şairəsi Həmidə Rəiszadə (Səhər) vəfat edib

GADTB: Azərbaycanın tanınmış şairəsi Həmidə Rəiszadə 74 yaşında İsveçin Malmö şəhərində vəfat edib və qürbətdə …