Çərşənbə , Oktyabr 14 2026
azfa

Rusiya və Çin çətin anda sözdə İranı himayə edirlər

GADTB: Rusiya, Çin, İran və Şimali Koreya antiqərb ritorikasını, müəyyən koordinasiyanı paylaşsa da, münaqişələrdə bu ölkələr arasında faktiki əməkdaşlıq məhduddur və bu, avtokratik müttəfiqlərin “oxu ideyası”nı sarsıdır. Bu barədə “Nyu York Tayms” məlumat yayıb.

Nəşr qeyd edib ki, kritik anda nə Rusiya, nə Çin, nə də KXDR-in İrana kömək etməməsi bunu sübut edir:

“Rusiya Ukraynaya qarşı müharibədə Çin, Şimali Koreya və İrandan kömək istədikdə bəzi Amerika və Britaniya rəsmiləri dörd ölkənin avtoritarizm, eləcə də ABŞ və onun müttəfiqlərinə qarşı müəyyən düşmənçiliklə birləşdiyi yeni “ox”un meydana çıxmasından danışmağa başladılar. Amma İsrailin, daha sonra ABŞ-ın İranı bombalamasından sonra bu ölkələrin heç biri Tehranı dəstəkləməyə tələsmədiyindən bu ölkələr arasında birliyə şübhələr yaranıb. Çin və Rusiya Amerikanın hərəkətlərini yalnız rəsmi şəkildə pisləyiblər, lakin İrana maddi yardım göstərmək üçün barmaqlarını belə qaldırmayıblar”.

Həmçinin yoxlayın

İraqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir

GADTB: İrqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir. Bu istiqamətdə molla …

Azərbaycanlı şair və həkim Aqşın Ağkəmərli vəfat edib

GADTB: Bu gün səhər saatlarında Azərbyacn Respublikasında yaşayan Güney Azərbaycandan olan folklorşünas, tədqiqatçı və yazıçı …