Bazar , Sentyabr 24 2023
azfa

Rusiyadan Zəngəzur dəhlizi barədə kritik açıqlama

GADTB: Rusiya, Azərbaycan və Ermənistan rəsmilərindən ibarət işçi qrupunun iclasında Azərbaycanla Ermənistan arasında sərhəd buraxılışı barədə texniki detallar müzakirə ediləcək.

Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.

O, Zəngəzur yolu ilə bağlı müzakirələrdən də söz açıb:

“Burada pasport yoxlanışı, gömrük nəzarəti və beynəlxalq sərhədlərdə mövcud olan digər bütün nəzarət növləri tətbiq ediləcək. Bu gün tərəflər Azərbaycanın şərq rayonları ilə Naxçıvan arasında dəmiryolunun salınması danışıqlarına çox yaxınlaşıblar. Həmçinin Ermənistanın Naxçıvan, Zəngəzur, ümumilikdə Azərbaycan vasitəsilə Rusiya, İran və başqa ölkələrə gediş-gəlişi mümkün olacaq”.

Həmçinin yoxlayın

Təbrizdə ana dili ilə bağlı divarlara şüarlar yazıldı

Təbriz şəhərində azərbaycanlı fəallar yeni tədris ilinin başlaması ilə eyni vaxtda təhsil sisteminin təkdilli olmasına …

Erməni deputat: “30 il ərzində “Arsaxa” ən çox strateji yardım edən İran olub”

GADTB: İranda yaşayan ermənilərin “HUR” Tərcümə və Araşdırma Mərkəzi xəbər verir ki, Ermənistan parlamentinin keçmiş …