Şənbə , Oktyabr 17 2026
azfa

Molla rejimi həbs etdiyi Hüseyn Əmani ailəsi ilə qısa müddətli telefon əlaqəsi saxlaya bildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən nahardan sonra azərbaycanlı milli-mədəni fəal Hüseyn Əmani Nadarlı rejimin Təbrizdəki ETTELAAT İdarəsindən ailəsi ilə qısa müddətli telefon əlaqəsi saxlaya bilib.

Azərbaycanlı fəal yaxalanandan sonra ETTELAAT İdarəsinə, daha sonra Təbrizdə rejimin zindanına oradan isə yenidən ETTELAAT İdarəsinə köçürülüb.

Qeyd edək ki, dünən may ayının 18-də həmçinin azərbaycanlı milli fəallar Həmzə Vəlizadə, Ruhulla Əhmədinijad, Davud Şiri, Cavad Əhmədzadə Keyqal və Əlirza Səbri Qazan da yaxalanıb.

Həmin azərbaycanlı milli fəalların son günlər mayın 22-də Güney Azərbaycan şəhərlərində kütləvi nümayişlərə çağırışlar edildiyi üçün yaxalandığı ehtimal edilir.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …