Şənbə , Aprel 18 2026
azfa

Rusiyanın İrəvandakı hərbçilərinin sayı məlum oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiya NATO ölkələrini parçalamaq və ABŞ-ın liderliyini aradan qaldırmaq istəyir.

Axar.az xəbər verir ki, bu barədə NATO-nun Avropakı qüvvələrinin komandanı, general Kertis Skaparrotti danışıb.

“Rusiya regional təhlükəsizliyi və 1945-ci ildən bu yana Avropada sülhü təmin edən normaları pozmağa davam edir. Rusiya dünya nizamını dəyişmək, öz rejimini müdafiə etmək, qonşuları üzərində hökmranlığını təsdiqləmək və dünyaya daha böyük təsir göstərmək üçün NATO-nu parçalamaq və ABŞ-ın liderliyini sarsmaq istəyir. Bu məqsədlərə nail olmaq üçün Kreml gücünün bütün növlərindən, o cümlədən getdikcə daha effektiv xarakter alan silahlı qüvvələrindən istifadə etməyə hazırdır”,- general bildirib.

Karrtis Skaparotti bildirib ki, Rusiya Ermənistanda 5 minlik hərbi qüvvə yerləşdirib. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsi ətrafında davam edən gərginliyə baxmayaraq, həm Ermənistana, həm Azərbaycana silah verir.

General Ukraynanın şərqində də münaqişənin aktiv fazasının davam etdiyini, Rusiyanın bu münaqişəni dayandırmaqda maraqlı olmadığını bildirib.

Həmçinin yoxlayın

İran-ABŞ danışıqları bazar ertəsi günü keçiriləcək

GADTB: CNN telekanalı İran mənbələrinə istinadən verdiyi məlumata görə, Tehran və Vaşinqton arasında danışıqların növbəti …

Molla rejimin həbs etdiyi türkmən gənc Sağər Qulami girov qarşılığında müvəqqəti azadlığa buraxılıb

GADTB: İran Məhkəmə Hakimiyyətinin Media Mərkəzi 19 yaşlı gənc türkmən xanım ötən ilin dey ayında …

Bir cavab yazın