Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Rusiyanın İrana gizli hərbi yardımı ifşa edildi

GADTB: Rusiyanın İrana müasir hərbi texnologiya sahəsində gizli dəstəyinin detalları ifşa edilib.

“Financial Times”-ın araşdırmasına görə, Rusiya silah ixracı üzrə rəsmilər və “NPO Maşinostroyeniya” şirkətinin yüksək səviyyəli mühəndisləri “C430L” müqaviləsinin 2023-cü ilin noyabrında İran Müdafiə Nazirliyi ilə rəsmi şəkildə imzalanmasından əvvəl dəfələrlə İrana səfər ediblər.

İrana səfər edən Rusiya nümayəndələri arasında həmin dövrdə “NPO Maşinostroyeniya”nın baş direktor müavini və Rusiya Federasiyasının Əmək Qəhrəmanı Aleksandr Derqaçov da olub.

Rusiya nümayəndə heyətinin digər üzvü Yuri Proxorçuk yüksək sürətli raket sistemləri üzərində çalışıb. Rusiya sənədlərinə əsasən, Proxorçuk gəmi və quru hədəflərinə qarşı istifadə üçün nəzərdə tutulan ramjet mühərrikli hipersəs qanadlı raketə dair patentdə ixtiraçı kimi göstərilib.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …