Cümə , Oktyabr 9 2026
azfa

Rusiyanın işğal etdiyi türklərin əzəli ərazisi Krımla bağlı yeni xəbər

GADTB-nin Mətbuat Mərkəzinin “Apa” Xəbər Agentliyinə istinadən yaydığı məlumata görə, ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman özünün “Twitter” səhifəsində yazıb ki, Krım Ukraynanındır. Səfir qeyd edib: “Ukraynanın ərazi bütövlüyü bərpa olunmadan ABŞ və Rusiya arasında münasibətlərin normallaşması mümkün deyil”.

Səfir “Krım kimindir?” sualına belə cavab verib: “Bu suala beynəlxalq hüquqla tanış olan istənilən şəxs cavab verə bilər. Krım Ukraynadır. Rusiya-Amerika əlaqələrinin yaxşılaşması üçün Ukraynanın ərazi bütövlüyünün bərpası çox vacibdir”.

Qeyd edək ki, ABŞ dövlət katibi Reks Tillerson da Rusiyanın Ukraynaya hərbi müdaxiləsini qəbul etməyəcəklərini və Ukraynanın ərazi bütövlüyü bərpa olunana qədər sanksiyaları ləğv etməyəcəklərini açıqlayıb: “Biz Krım məsələsinə qayıdacağıq. Mən bilirəm ki, prezident Putin aydın bəyan edib ki, bu məsələ danışıqlar masasında müzakirə olunmayacaq. Lakin hansısa məqamda müzakirə olunacaq, sadəcə, indi biz Ukraynanın şərqində zorakılığı dayandırmalıyıq”.

 

Həmçinin yoxlayın

ABŞ İranla əlaqəli 6 nəfəri, 27 şirkəti və 22 gəmini sanksiya siyahısına salıb

GADTB: ABŞ Maliyyə Nazirliyi İran İslam Respublikası ilə əlaqələrə görə 6 nəfərə, 27 şirkətə və …

Traxtur komandası bərabər hesabla liderliyini qoruyub

GADTB: Azərbaycan təmsilçisi Traxtur Təbrizin Səhənd stadionunda (“Qurdlar dərəsi”) 50 mindən çox azarkeşin iştirakı ilə …

Bir cavab yazın