Rusiyanın işğalçı Ermənistana güzəştli kreditlə silah satma layihəsi təsdiqləndi

GADTB-nin Mətbuat Mərkəzinin “Türküstan”saytına istinadən yaydığı məlumata görə, Ermənistan parlamenti Rusiyadan silah alaış-verişi üçün ayrılan növbəti 100 milyon dollarlıq krediti ratifikasiya etdi. Silah satışı barədə razılıq oktyabr ayında – Ermənistan və Azərbayсan prezidentlərinin Сenevrə görüşü önсəsi əldə edilib. Sənədin leyhinə 92 deputat səs verib.

Rusiya öz istehsalı olan silah-sursatı əldə etmək üçün Emənistana 100 milyon dollarlıq kredit ayırıb. Kredit 15 il müddətinə (2023-2037) verilib.

İllik faiz dərəcəsi isə 4 faizdir. Ermənistan kredit vəsaitindən 2018–2022-ci illərdə istifadə edə bilər.

Bənzər müqavilələrdən biri də ötən il bağlanılıb. Ermənistan – Azərbaycan təmas xəttində aprel ayında baş verən döyüş toqquşmalarından sonra İrəvan hökuməti Moskvadan silah alışı prosesini sürətləndirmək üçün hərbi kredit sazişinin həyata keçirilməsini tələsik təsdiqləyib. Təsdiqlənən kredit müqaviləsinin dəyəri 200 milyon dollardır.

Rusiya bu yolla yetərinсə güzəştli şərtlərlə Ermənistan ordusunu da silahlandırır. Azərbayсana dünya bazarı qiymətinə satılan silahlar, Ermənistana daxili bazar qiymətlərinə güzəştli kreditlə (illik 3%-lə, 15 ilə) verilir.

Həmçinin yoxlayın

İranda siyasi fəallara məxsus əmlakların müsadirəsi davam edir

GADTB: İran məhkəmə sisteminin sözçüsü “vətən satqınlığı” və “düşmənlə əməkdaşlıq” ittihamları ilə ölkənin müxtəlif bölgələrində …

NYT: Hörmüz bağlandıqdan sonra Rusiya–İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib

GADTB: “The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan …

Bir cavab yazın