Şənbə , May 17 2025
azfa

Sərvətləri takanan Süngün əhalisinin etirazlarına rejimdən hələ cavab verilməyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin sərvətlərini taladığı Süngün kəndinin əhalisinin “Süngün mis mədəni”ni işlədən şirkətə qarşı etirazlarının uzun müddət davam etməsinə baxmayaraq, hələ də rejim tərəfindən əhaliyə cavab verilməyib.

Dünən Təbrizdə valiliyin qarşısında davam edən etirazlardan sonra Şərqi Azərbaycan valisinin müavini Əliyar Rastqu məsələyə baxılacağına söz verib.

Rastqu deyib: “Valilik kənd əhalisinin etirazlarını diqqətdə saxlayacaq. Bu barədə artıq Vərziğan Şəhər İcra Hakimiyyəti və Süngün Mis Şirkətinə xəbərdarlıq da edilib.

Əhalinin mis şirkəti ilə mülkiyyət ixtilafı var. Onların tələbinə baxılması barədə çərşənbə günü Şəhər İcra Hakimiyyəti və Süngün Mis Şirkətinə göstəriş verilib”.

Qeydedək ki, Süngün kəndinin əhalisi oktyabrın 9-da torpaq  sahələrinin mis şirkəti tərəfindən mənimsənildiyinə etiraz olaraq Şərqi Azərbaycan Valiliyinin qarşısında etiraz aksiyası keçirib. Etiraz zamanı “Biz Süngün əhalisini köməksiz buraxmayın”, “Əyalət rəhbərliyindən vədlərinə əməl etmələrini tələb edirik”, “Nə üçün Süngün mis mədəni özbaşına buraxılıb?!”, “Hörmətli vali bu promlemin həllində bizə yardımçı olun” və s. şüarlar yazılmış plakatlar qaldırılıb.

İrqçi fars rejim Güney Azərbaycanı müstəmləkə vəziyyətinə salaraq, Azərbaycanın mədənlərinin qiymətli materiallarını fars bölgələrinə daşıyır. Yerli əhalinin hətta topaq sahələri əlindən alınır və ətraf mühit də çirkləndirilir.

Həmçinin yoxlayın

Tramp: “İranın nüvə problemini 100% həll edəcəyik”

GADTB: ABŞ prezidenti Donald Tramp dünən “Fox News” telekanalına müsahibəsində deyib ki, İranın nüvə problemi …

Güney Azərbaycanın Zəncan bölgəsində ev növbəsi gözləyən əhali etiraz aksiyası keçirdi- Video

GADTB: Güney Azərbaycanın Zəncan bölgəsində ev növbəsi gözləyən əhali etiraz aksiyası keçirib. Etiraz Zəncan əyalətinin …

Bir cavab yazın