Cümə axşamı , Mart 28 2024
azfa

Səccad Şəhiri və Əli Əzizi 1 milyard tümənlik mülki vəsiqə qərarı ilə Təbrizdə rejimin zindanın karantin bölməsinə köçürüldülər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəallar Əli Əzizi və Səccad Şəhiri martın 2-də ailələri ilə qısa telefon əlaqəsində Təbrizdə yerləşən rejimin zidanının karantin bölməsinə köçürüldüklərini deyiblər.

Azərbaycanlı fəallar telefon danışığında qanunsuz yaxalanmalarına etiraz olaraq aclıq aksiyası keçirdiklərini, həbsxanaya köçürüldükdən sonra aclığa son qoyduqlarını bildiriblər. Səccad Şəhiri fevralın 16-dan başlayaraq 5 gün, Əli Əzizi isə fevralın 29-dan başlayaraq 2 gün aclıq aksiyası keçirib.

Azərbaycanlı fəalların ailə üzvləri isə Təbriz İnqilab Məhkəməsinin 16-cı şöbəsinə müraciət etdikdən sonra məlumat alıblar ki, rejimin məhkəməsi azərbaycanlı fəalların zaminə buraxılması üçün böyük məbləğ olan 1 milyard tümənlik mülki vəsiqə qərarı çıxarıblar.

İrqçi fars rejim azərbaycanlı fəalları şərləyərək “Sistemin əleyhinə təbliğat aparmaq və qanunsuz GAMOH qrupunda üzv olmaq”da ittiham ediblər. Tanınmış milli-mədəni fəal Abbas Lisani ilə əlaqə saxlamaq onlara qarşı irəli sürülən ittihamlara əsas verən dəlil kimi göstərilib.

Azərbaycanlı fəal Əli Əzizi Urmiyada ejimin ETTELAAT İdarəsinin mımurları tərəfindən yaxalandıqdan sonra 48 saat ərzində işgəncəyə məruz qalıb. O işgəncələrdən sonra müalicə olunmaq istəyib, lakin tələbi təmin olunmayıb.

Azərbaycanlı fəal Səccad Şəhiri isə yanvarın 16-da günorta saatlarında Sulduz şəhərində yaşadığı evin yaxınlığında rejimin mülki geyimli məmurları tərəfindən yaxalanaraq rejimin Təbrizdı yerləşən ETTELAAT İdarəsinə aparılmışdır.

Həmçinin yoxlayın

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Güney Azərbaycanda molla rejimin insan haqlarının pozmasına dair illik hesabat yayıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, azərbaycanlı fəallar və Abbas Lisani adına açılmış sosial …

Bir cavab yazın