Bazar , Oktyabr 25 2026
azfa

Molla rejimi interneti kəsməklə səbəbkarı olduğu fəlakəti gizlətməyə çalışır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars molla rejimi əhalini bəlaya salandan sonra interneti kəsməklə səbəbkarı olduğu fəlakəti gizlətməyə çalışır. Bütün İran ərazisində internetə çıxışlarda məhdudiyyət yaranıb.

Bu barədə məlumat bu səhər saatlarında beynəlxalq “NetBlocks” monitorinq təşkilatının saytında yer alıb.

Məlumata görə, İranın əsas internet provayderləri bir saat ərzində tamamilə fəaliyyət göstərməyib. Daha sonra onların fəaliyyəti qismən bərpa olunub. İnternetə giriş ölkə səviyyəsində 50 faizə düşüb.

Qeyd edək ki, fevralın ayının 8-də də İranda internetə çıxışda problemlər yaşanmışdı.

Həmçinin yoxlayın

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …

Evin həbsxanasında saxlanılan azərbaycanlı vəkil Tahir Nəqəvi məcburi etiraf və SEPAH-ın kameraları qarşısında çıxış etmək üçün təzyiqlərə məruz qalır

GADTB: Sina Yusifinin yazdığına görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı vəkil Tahir Nəqəvi məktubunda özünə və …

Bir cavab yazın