Bazar ertəsi , May 11 2026
azfa

Səid Minai Tehran İnqilab Məhkəməsinə çağırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəal Səid Minai İnstaqram səhifəsində hakim Sələvati tərəfindən Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinə çağırıldığını bildirib.

Azərbaycanlı fəal Səid Minai İnstaqram səhifəsində hakim Sələvati tərəfindən Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinə çağırıldığını bildirib.

Bundan öncə isə azərbaycanlı fəal Səid Minainin istintaq iclası 21 aprel 2024-cü il bazar günü Evin Prokurorluğunun beşinci istintaq şöbəsində keçirilib və rejim azərbaycanlı fəalı “Toplaşmaq və milli təhlükəsizliyi pozmaq üçün əlbir olmaq” da ittiham etmişdi.

Qeyd edək ki, azərbaycanlı şair və mədəni fəal Süleyman (Aydın) Məhəmmədi fevralın 5-də həbs edilib və bir müddət sonra Tehrann Evin zindanının 209-cu təhlükəsizlik təcridxanasına köçürülüb. O, bir neçə həftədən sonra 800 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdı.

Azərbaycanlı fəal Səid Minai isə fevralın 6-da rejimin məmurları tərəfindən həbs edilib, Təbrizdə ETTELAAT-ın təcridxanasında dindirildikdən sonra fevralın 11-də Tehranda zindana köçürülmüşdü. O, mart ayının 13-də 700 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdı.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …