GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ötən gün Şərqi Azərbaycan əyalətində telekommunikasiya sahəsində çalışmış bir qrup təqaüdçü həmin əyalətin Mərkəzi Rabitə İdarəsinin binası qarşısına toplaşaraq etirazlarını bildiriblər.
Azərbaycanlı təqaüdçülər gecikmiş təqaüdlərinin, mükafat və digər qanuni ödənişlərin ödənilməsini tələb ediblər.
Qeyd edək ki, son günlər Güney Azərbaycanın bir çox şəhərlərində azərbaycanlı təqaüdçülər etiraz aksiyası keçirərək öz haqlarını tələb ediblər.