Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Şərqi Azərbaycan adının rəsmi bannerdə ixtisar edilməsi etiraz doğurdu

GADTB: Şərqi Azərbaycan Vilayəti Dövlət Təzirat Baş İdarəsinə aid olduğu bildirilən bannerdə rəsmi “Şərqi Azərbaycan” adının əvəzinə  A.Şərqi formasından istifadə olunması vətəndaşların etirazı və mənfi reaksiyası ilə qarşılanıb.

Bunun Azərbaycanın adına, tarixi kimliyinə və mədəni irsinə hörmətsizlik olduğu bildirilir. Tənqidçilərin fikrincə, dövlət qurumunun rəsmi materialında vilayətin tam adının ixtisar edilməsi yolverilməzdir və inzibati qurumların nüfuzuna uyğun deyil.

Qeyd olunur ki, adlar sadəcə sözlərdən ibarət deyil, milyonlarla insanın tarixini, mədəniyyətini və kimliyini əks etdirir. Buna görə də rəsmi dövlət qurumları bu adlardan düzgün və tam şəkildə istifadə etməyə xüsusi məsuliyyət daşıyırlar.

Bununla bağlı belə bir sual da səsləndirilir: Dövlət qurumunun hazırladığı bannerdə rəsmi “Şərqi Azərbaycan” adının natamam şəkildə yazılmasına necə yol verilib və belə hallara nəzarətə cavabdeh olan şəxs və ya qurum kimdir?

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …