Bazar ertəsi , Noyabr 9 2026
azfa

Ynet: İsrail ABŞ-ın genişmiqyaslı hücumuna hazır idi, lakin Tehran vaxt qazandı

GADTB: Ynet nəşrinin yaydığı məlumata görə, İsrail rəsmiləri ABŞ Prezidenti Donald Trampın nəzərdən keçirdiyini açıqladığı İran İslam Respublikasına qarşı genişmiqyaslı hərbi əməliyyatın cümə gecəsi və ya şənbə gününün ilk saatlarında başlayacağını ehtimal edirdilər. Lakin cümə gününün sonunda onlar Trampın hələlik hücumu dayandıraraq Tehrana əlavə vaxt verdiyi qənaətinə gəliblər.

Məlumata əsasən, pərdəarxası diplomatik səylər çərçivəsində Qətər və Oman İran üzərində ciddi təzyiq göstərərək rəsmi Tehranı mövqeyini yumşaltmağa çağırıblar. Bildirilir ki, bu addımlar genişmiqyaslı və demək olar ki, qaçılmaz hesab edilən hərbi əməliyyatın qarşısının alınmasına yönəlib.

İsrail rəsmilərinin qiymətləndirməsinə görə, Tehran və Vaşinqton arasında əldə olunmuş əvvəlki anlaşma artıq faktiki olaraq qüvvəsini itirib və tərəflər arasında uzunmüddətli razılaşmanın əldə olunması ehtimalı demək olar ki, sıfıra enib.

Hesabatda qeyd olunur ki, İsrail Trampın Tehrana verdiyi əlavə möhləti yalnız İranın qısa müddət ərzində vaxt qazanması kimi qiymətləndirir və bunun ümumi strateji vəziyyəti dəyişdirmədiyini hesab edir.

Həmçinin yoxlayın

Təbrizli gənc müğənni Fərzad Purəhməd vəfat edib – Video

GADTB: “Təbriz” mahnısının ifaçısı olan təbrizli sənətçi Fərzad Purəhməd 40 yaşında dünyasını dəyişib. O, yol-nəqliyyat …

İraq: “ABŞ İraqdan İranla demək olar ki, bütün sərhəd-keçid məntəqələrini bağlamağı tələb edib”

GADTB: İraqın xarici işlər naziri Fuad Hüseyn bəyan edib ki, Vaşinqton rəsmi şəkildə Bağdaddan İranla …