Çərşənbə , Dekabr 25 2024
azfa

Şərqi Azərbaycanın mədən gəlirlərinin 80% -i əyalətə verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Güney Azərbaycan mədənlərini talaması o qədər geniş hal alıb ki, rejimin yerli erəsmiləri də etiraf etməyə məcbur olurlar.

Şərqi Azərbaycan vilayətinin İdarəetmə və Planlaşdırma Təşkilatının rəisi İranın hökumətinin Azərbaycanın mədənlərini talamasına dolayı yolla etiraf edərək deyib ki, “Şərqi Azərbaycanda müxtəlif mədənlərdən əldə edilən gəlirlərin yalnız 20% -i bu əyalətə qayıdır”.

Bu gün Davud Behbudi bu məsələ ilə bağlı deyib ki, təəssüflə bu payın ən yaxşı halda yalnız 20% -i Şərqi Azərbaycana qaytarılır. Mineral ehtiyatlarının həcminə və onların ümumi gəlirlərinə baxdıqda isə bu rəqəmin qənaətbəxş olmadığını başa düşərik.

Qeyd edək ki, statistikaya görə, Şərqi Azərbaycan mədən ehtiyatlarına görə ölkədə birinci yeri tutur. Əyalətdə bu gün istismar olunan mədənlərin ümumi həcmi 8.6 milyard tondan ibarətdir. Həsən Ruhani hökuməti dövründə Şərqi Azərbaycan mədənlərindən illik mis hasilatı miqdarı 7 milyondan 14 milyon tona qədər artmışdır. Lakin İran hökumətinin ayrıseçkilik siyasətinə görə bu nəhəng mədən ehtiyatları Azərbaycan xalqına heç bir fayda vermir. Əldə olunan gəlir ölkənin mərkəzi və farslar yaşayan əyalətlərə verilir. İrqçi fars rejim faktiki olaraq müstəmləkəçilər kimi Güney Azərbaycan mədənlərini talayır.

Həmçinin yoxlayın

Suriyanın yeni hökumətindən İrana xəbərdarlıq: “Ölkəmizdə xaos yaratmaqdan çəkinin”

GADTB: Suriyanın yeni xarici işlər naziri Əsəd Həsən əş-Şeybani “X” hesabında paylaşım edərək İrana ölkəsində …

Molla rejimi azərbaycanlı üçəmlərə türk adlarına görə doğum haqqında şəhadətnamə vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejiminin məhkəməsinin qərarına baxmayaraq, Təbrizdə rejimin Vətəndaşlıq …

Bir cavab yazın