Cümə axşamı , İyun 1 2023
azfa

Sanksiyalar neft şirkətlərinin İrandan qaçaq saldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, sanksiyalar irqçi fars rejimin neft-qaz bölməsini də iflic etdi. Artıq böyük neft şirkətləri “Cənubi Pars” layihəsindən çıxıb.

Son olaraq isə İranın Neft Naziri Bijən Zəngənə “Total” və “CNPC” kimi iki nəhəng şirkətlərin də “Cənubi Pars” layihəsindən çıxdığını bildirib.

O bildirib ki, hər iki şirkət “Cənubi Pars” qaz yatağının 11-ci bloku razılaşmasından tamamilə çıxıb. Zəngənə, “Cənubi Pars” qaz yatağının 11-ci blokunun son inkişaf durumuna toxunub.

“Bu iki şirkətin layihədən çıxması ilə, layihə tamamilə “Petropars”ın  ixtiyarına keçib. “Petropars” yalnız ilk mərhələni inkişaf etdirə biləcək. İkinci mərhələnin davam etdirilməsi texnoloji və struktur cəhətdən mümkün deyil”.

Neft naziri vurğulayıb ki, “Petropars” şirkəti quyuların qazılması üçün zəruri malların tədarükü barədə müqavilə işlərinə başlayıb.

Həmçinin yoxlayın

Rusiyadan Zəngəzur dəhlizi barədə kritik açıqlama

GADTB: Rusiya, Azərbaycan və Ermənistan rəsmilərindən ibarət işçi qrupunun iclasında Azərbaycanla Ermənistan arasında sərhəd buraxılışı …

Azərbaycanlı rəssamın İstanbulda sərgisi keçiriləcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, iyunun 9-dan 24-ə kimi İstanbulda Güney Azərbaycandan olan …

Bir cavab yazın