Cümə axşamı , Oktyabr 22 2026
azfa

Rejim azərbaycanlı vəkil Məhəmməd Güneylini apellyasiya məhkəməsinə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı vəkil və milli-mədəni fəal Məhəmməd Güneylini rejimin Şərqi Azərbaycanda yerləşən apellyasiya məhkəməsinə çağırdı.

Rejimin məhkəməsinin elektron  sistemi vasitəsilə yanvarın 25-də göndərdiyi çağırış vərəqəsinə görə, azərbaycanlı fəal fevralın 13-də apellyasiya məhkəməsinə müraciət etməlidir.

Apellyasiya məhkəməsində fəalın “Sistemin əleyhinə təbliğat aparmaq” ittihamına baxılacağı bildirilib.

Qeyd edək ki, irqçi fars rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 2-ci şöbəsinin rəisi hakim Ehrari 2019-cu il dekabrın 17-də ikinci məhkəmə iclasının sonunda azərbaycanlı fəalı şərləyərək “virtual məkanda yalan məlumat yaymaq və millətçilik zəminində materiallar paylaşmaqla sistemin əleyhinə təbliğat aparmaq”da ittiham edib və onu 6 ay həbsə məhkum edib.

Fəala qarşı yalan ittihamlara irəli sürülən “rejimə düşmən olan dövlətlərlə əlaqə qurmaq və əməkdaşlıq etmək”, eləcə də “səlahiyyəti olmayan şəxslərə gizli məlumatlar vermək” ittihamların da qüvvədə olduğu bildirib. Bu ittihamlarla bağlı fəalın 5-ci məhkəmə iclası yaxın zamanda həyata keçiriləcəyi bildirilir.

Azərbaycanlı vəkil Zəhra Nəvidpurun şübhəli ölümü ilə bağlı məhkəmə işini üzərinə götürmək üçün araşdırma apardığı zaman 2019-cu il yanvarın 24-də terrorçu Sepahın kəşfiyyat məmurları tərəfindən yaxalanmışdır. 11 ay işgəncələr altında saxlanılan azərbaycanlı vəkil 2019-cu il noyabrın 16-da 850 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxılmışdır.

Rejim həmçinin azərbaycanlı vəkilin vəkillik lisenziyasını da ləğv edib.

Həmçinin yoxlayın

ABŞ-ın dəniz blokadasının təzyiqi ilə İranın “kölgə donanması”ndakı neft ehtiyatları tükənir

GADTB: “The Wall Street Journal” qəzetinin yeni hesabatı göstərir ki, İranın Cənub-Şərqi Asiya sularında yerləşən …

Molla rejimin SEPAH terror təşkilatı müharibəni regionda genişləndiriləcəyi ilə hədələdi

GADTB: SEPAH terror təşkilatının sözçüsü Hüseyn Möhibbi region ölkələrini müharibənin əhatə dairəsini genişləndirməklə hədələyib. O, …

Bir cavab yazın