GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı və irqçi fars rejim artıq ciddi şəkildə sanksiyaların təsirini hiss etməkdədir. İşğalçı və irqçi fars rejimin Sənaye, Mədən və Ticarət Nazirliyi İran Gömrük İdarəsinə ünvanladığı məktubda bir sıra məhsulların ixracını qadağan edib.
Toyuq, təkər şini, şəkər, kazein (casein) qablaşdırma kisələri, müxtəlif süd məhsulları və pendir suyu, tapşırıq dəftərlərinin ixracı qadağan edilib.
Yerli bazarın bu məhsullara ehtiyacı olduğuna, həddindən artıq ixrac edildiyinə, həmçinin bu məhsulların istehsalı üçün subsid nəzərdə tutulduğuna və devalvasiyaya görə hökumət bu məhsulların ölkədən ixrac edilməsinə qadağa qoyub.