GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Savalan dağınnın zirvəsinə çıxan bir qrup azərbaycanlı milli-mədəni fəal azərbaycanlı siyasi məhbusların azadlıq tələb ediblər.
Təbrizdən olan azərbaycanlı dağçı gənclər bu məqsədlə iyulun 12-də Savalan dağının zirvəsini fəth ediblər. Onlar azərbaycanlı siyasi məhbusların həsb edilməsini pisləyərək, türk və fars dillərində üzərində “Mən Lisaniyəm” və “Azərbaycanın siyasi məhbuslarına azadlıq” şüarı yazılmış banner nümayiş etdiriblər.
Qeyd edək ki, irqçi fars rejim Güney Azərbaycana və azərbaycanlı siyasi məhbuslara qarşı represiyaları gücləndirib. Rejim artıq heç bir günahı olmayan fəallara 10-13 il həbs cəzası verir.