Cümə , Fevral 21 2025
azfa

Sayın Əjdər bəy Tağızadə və Mahmudəli bəy Çehrəqanlının “TBA TV“də “İranla bağlı baş verən prosseslərin dışındayıq, Güney Azərbaycanın taleyi necə olacaq?” mövzusunda çıxışları- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə və Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) başqanı sayın Mahmudəli bəy Çehrəqanlı “İranla bağlı baş verən prosseslərin dışındayıq, Güney Azərbaycanın taleyi necə olacaq?” mövzusunda çıxış ediblər.

Sayın Əjdər bəy və Mahmudəli bəy çıxışında həmçinin Pəhləvi rejiminin İngiltərənin yardımı ilə türklərdən hakimiyyəti qəsb etməsi, türkün gücündən dünya imperializminin qorxması, türk millətinin hər zaman üzü ağ, başı uca olması, Azərbaycan türkünün fars rasizmi və şahçılığın zülm və soyqırım törətmələrinə dəfələrlə məruz qalması, Azərbaycan türkünün heç bir düşmənin yanında olmayacağı və sırf öz müstəqilliyi uğrunda çalışması, Azərbaycan Türk Millətinin Güney Azərbaycanda öz yolunu artıq seçdiyi və s. məsələlərdən danışmışlar.

Sayın Əjdər bəy və Mahmudəli bəyin çıxışının videosuna buradan baxa bilərsiniz:

Həmçinin yoxlayın

Güney Azərbaycan şəhərlərində Beynəlxalq Ana Dili Günü ərəfəsində türk dilində kitablar paylandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Milli Hərəkatının fəalları, Beynəlxalq Ana Dili …

İrqçi fars rejim Həmədanın “Qarqalan” zirvəsinin adını farscaya təhrif edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsinin Əlvənd …